Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasında ŞKTC-dən olan nümayəndə heyəti ilə görüş keçirilib

Jurnalistlərimizin ŞKTC-yə səfəri ənənəyə çevriləcək

Bu gün Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cumhuriyyətindən olan nümayəndə heyəti ilə görüş keçirilib. Ölkəmizin media təmsilçilərinin də iştirakı ilə baş tutan tədbiri MŞ sədri Əflatun Amaşov açıb.

Qonaqları səmimi salamlayan Şura sədri bildirib ki, müxtəlif vaxtlarda Azərbaycan jurnalistlərinin ŞKTC-yə geniştərkibli səfərləri baş tutub. «Həmin səfərlərdən biri ötən ilin noyabrında gerçəkləşdi. Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində reallaşan səfərdən başlıca məqsəd Şimali Kiprdə fəaliyyət göstərən media qurumlarının təcrübəsi ilə yaxından tanışlıq idi. Zəngin proqrama malik səfərin uğurlu olduğu qənaətindəyəm. Çünki KİV təmsilçilərimiz təkcə media qurumları ilə təcrübə mübadiləsi aparmadı, eyni zamanda buradakı təhsil ocaqlarına baş çəkdilər, jurnalistikanın tədrisi vəziyyəti ilə ətraflı maraqlandılar», - deyə o əlavə edib. Ə.Amaşov həmçinin bildirib ki, Azərbaycan Mətbuat Şurası üçün Şimali Kiprin jurnalist ictimaiyyəti ilə əməkdaşlıq türk dünyasının media qurumları ilə əməkdaşlığın mühüm tərkib hissəsidir və gələcəkdə həyata keçiriləcək tədbirlər münasibətlərin daha da möhkəmlənməsinə yönələcək.

Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Şimali Kiprdən Azərbaycana edilən hər bir səfərin qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsində müstəsna rol oynadığını önə çəkib. O, Bakıdan müxtəlif səviyyələrdə reallaşan səfərlərin də əhəmiyyətinə də toxunub, bununla bağlı maraqlı faktlar açıqlayıb.

Şimali Kiprin nüfuzlu təhsil ocaqlarından olan Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən danışıb. Jurnalist kadrların hazırlığına böyük önəm verildiyini deyən rektor 12 min tələbəsi olan universitetin 20 faizini əcnəbi tələbələrin təşkil etdiyini, onlardan 160-nın azərbaycanlı olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun Azərbaycan jurnalistlərinin təcrübə mübadiləsi üçün gələcəkdə də Şimali Kiprə yeni səfərlər təşkil edəcəyini və bunu ənənəyə çevirəcəyini bildirib.

Çıxış edənlərdən Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, millət vəkili Aqil Abbas, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, «Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay, «Assa iradə» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas və başqaları Şimali Kipr mövzusunun Azərbaycan jurnalistikası üçün hər zaman böyük önəm kəsb etdiyini vurğulayıblar. Onlar ölkəmizin media nümayəndələri ilə Şimali Kipr jurnalistlərinin müntəzəm görüşlərinin təşkilinə hər zaman böyük ehtiyac duyulduğunu önə çəkiblər. Elmdə qarşılıqlı münasibətlərin dərinləşdirilməsinin də vacibliyinə toxunan natiqlər bunun konkret jurnalistika sahəsinə yönələn proqramlar şəklində olmasına diqqət çəkiblər.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »