Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşaviri Mətbuat Şurasında olub

-

Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan Azərbaycan Mətbuat Şurasında olub. Səlahiyyət müddətini başa vurmaqda olan qonağı salamlayan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumla səfirliyin Mədəniyyət Müşavirliyinin sıx əlaqələrə malik olduğunu vurğulayıb və bildirib ki, münasibətlərin dərinləşməsində Seyid Əhməd Arslan bəyin müstəsna əməyi var. Ə.Amaşov Seyid Əhməd Arslan MŞ-nin diplomunu təqdim edib.

Seyid Əhməd Arslan Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluq duyduğunu dilə gətirib. O, dünyanın 45-dən artıq ölkəsində Türkiyə Səfirliyinin Mədəniyyət Müşavirliyinin mövcudluğunu bildirib. Amma Mədəniyyət Müşavirliklərindən Azərbaycanda fəaliyyət göstərən qurumun gördüyü işlərin xüsusilə geniş səciyyə daşıdığını vurğulayıb.

Qeyd edək ki, Seyid Əhməd Arslan 2012-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Ötən müddətdə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Müşavirliyi təkcə Bakıda deyil, respublikamızın bir çox bölgələrində mədəni tədbirlərin təşkilində mühüm rol oynayıb. Müşavirlik həmçinin Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana media nümayəndələrinin də səfərlərinin həyata keçirilməsində yaxından iştirak edib. Bundan başqa Seyid Əhməd Arslanın səlahiyyət müddətində müşavirlik Türkiyə və Azərbaycanın mədəni həyatını əks etdirən «turkiye.az» saytını da yaradıb.




01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »