Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında «Ruhun şad olsun ustad!» kitabının təqdimatı keçirilib

Məzahir Süleymanzadənin Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub

Bu gün Azərbaycan Mətbuat Şurasında yazıçı-jurnalist Məzahir Süleymanzadənin Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Ruhun şad olsun ustad!» kitabının təqdimatı keçirilib. 




Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov redaktoru əməkdar jurnalist Yusif Kərimovun olduğu kitabda Ümummilli lider Heydər Əliyev haqqında tanınmış qələm sahiblərinin, mətbuat işçilərinin xatirələrinin,  təəssüratlarının cəmləşdiyini, həmçinin müsahibələrin  yer aldığını diqqətə çatdırıb. 


Heydər Əliyevi jurnalist ictimaiyyətinə yaxın edən cəhətlərdən söz açan Ə.Amaşov bildirib ki, onun müəyyənləşdirdiyi mediaya dövlət qayğısı siyasəti jurnalistikanın gücündən demokratik quruculuq prosesində faydalanma niyyətindən, ümumən jurnalistikanın cəmiyyətdəki yerinə və roluna verilən böyük dəyərdən irəli gəlirdi. Buna görə də qələm sahibləri Ulu öndərin xatirəsinə daim ehtiramla yanaşırlar. Belə yanaşmanın bariz nümunələrindən biri də bu gün təqdimatı keçirilən «Ruhun şad olsun ustad!» kitabıdır. 




«Ruhun şad olsun ustad!» kitabının redaktoru Yusif Kərimov bildirib ki, nəşrin başlıca xüsusiyyəti onun xatirələr toplusundan ibarət olmasıdır. Y.Kərimov çıxışında həmçinin Heydər Əliyevlə təmaslarındakı ayrı-ayrı epizodik məqamlardan söz açaraq Ulu öndəri diqqətli, alicənab və son dərəcə həssas dövlət xadimi kimi xatırladığını önə çəkib. O, həmçinin 1992-ci ildə bir qrup jurnalistin Naxçıvandan keçərək Türkiyəyə səfərə gedərkən yolüstü Heydər Əliyevlə görüşdüyü anları xatırlayıb. 




«Ruhun şad olsun ustad!» kitabının müəllifi Məzahir Süleymanzadə Heydər Əliyev şəxsiyyəti barədə fikir bildirməyin son dərəcə çətin və məsuliyyətli iş olduğunu vurğulayıb. Buna görə də uzun müddət düşüncələrini bölüşmədiyini diqqətə çatdırıb. Ancaq Heydər Əliyevin çıxışları, görüşləri bütün dövrlər üçün aktualdır, xüsusən də gələcək nəslə son dərəcə vacibdir. «Buna görə də yalnız 2001-ci ildə bir qrup tanınmış qələm sahibinin fikirlərini «Prezident Heydər Əliyevin jurnalistika dərsi» kitabımda ümumiləşdirdim. Düşünürəm ki, indi qarşınızda olan bu kitab Ulu öndərin 90 illiyinə bir jurnalist hədiyyəsidir və nəşrdə fikirləri yer almış həmkarlarım Ümummilli liderimizi jurnalistlərin müəllimi, ustadı kimi xatırlayaraq onun ruhuna olan ehtiramlarını bildiriblər». 




Tədbirdə çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Azərbaycan» qəzetinin əməkdaşı Flora Sadıqlı, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları Ümummilli lider Heydər Əliyevi jurnalistikaya və bütövlükdə söz sənətinə qiymət verən tarixi şəxsiyyət kimi səciyyələndirən xüsusiyyətlərdən ətraflı danışıblar. Heydər Əliyevin əsasını qoyduğu mətbuata dəstək ənənəsinin hazırda oturuşmuş sistem olaraq fəaliyyət göstərdiyini vurğulayıblar. Onlar təqdimatı keçirilən nəşrin Heydər Əliyev irsinin gələcək tədqiqatçıları üçün dəyərli mənbə rolunu oynayacağına əminliklərini ifadə ediblər. 


 


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »