Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Daha bir qəzetin adının MŞ-nin «qara siyahı»sına salınması tövsiyə olundu

-

Bu gün Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası növbəti iclasını keçirib. Komissiyanın sədri, «İki sahil» qəzetin baş redaktoru Vüqar Rəhimzadə iclası açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. Belə məsələlərin 21 olduğunu bildirən V.Rəhimzadə bunlardan altısının Şuranın Şikayətlər üzrə Komissiyası, digərlərinin isə MŞ Katibliyi tərəfindən təqdim edildiyini deyib.

Öncə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının son iclasının rəyləri müzakirə olunub. Qeyd edilib ki, «Xalq tribunası» qəzetinin fəaliyyətində etik prinsiplərə sayqısızlıq, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn məqamlar üstünlük təşkil etməkdədir. Buna görə də həmin kütləvi informasiya vasitəsinin adının Şuranın «qara siyahı» sına salınması üçün İdarə Heyətinə müvafiq rəyin təqdimatı məntiqi sayılıb.

Komissiya  qəzet barədə ilkin müzakirədən sonra Mətbuat Şurasına Apşeron Dövlət Arxiv İdarəsindən ünvanlanan şikayətdə ifadəsini tapan məqamların da buna əsas verdiyi qənaətinə gəlib.

İclasda Şikayətlər üzrə Komissiyanın pia.az, azfakt.az, azerinfo.org, reportyor.tv saytları barədə rəyinə də münasibət bildirib. Məsələ ilə bağlı bir sıra nüansların araşdırılma mərhələsində olduğu göstərilib. Komissiya bunu əsas götürərək  məsələyə araşdırma başa çatdıqdan sonra yenidən qayıtmağı məqbul sayıb.

Komissiya digər şikayətlər barədə də müvafiq rəylər çıxarıb. 

 

 


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »