Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Əməkdar jurnalist Yusif Kərimovun «Sarı gəlin…» romanının təqdimatı keçirilib

-

Mərasim müəllifin 75 illik yubileyinə həsr olunub

 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində tanınmış yazıçı-publisist, respublikanın əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimovun 75 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. Toplantı eyni zamanda yubilyar qələm sahibinin «Sarı gəlin…» romanının təqdimatı ilə də yadda qalıb. 

 

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq Y.Kərimovun yazıçı, jurnalist və publisist kimi keçdiyi ömür yolundan danışıb, onun yaradıcılığını səciyyələndirən cəhətlərə diqqət çəkib. O bildirib ki, qocaman jurnalist hazırda bədii yaradıcılığını davam etdirməklə yanaşı, jurnalistika ilə bağlı ictimai fəaliyyətə də geniş yer verir. Deputat bu baxımdan Y.Kərimovun MŞ-nin Ahıl Jurnalistlər Məclisindəki təşəbbüslərinə nəzər salıb. O, yubilyarı rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib. 

 

Veteran jurnalist, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə təqdimatı keçirilən «Sarı gəlin…» romanını Y.Kərimov yaradıcılığının ən yüksək zirvəsi kimi dəyərləndirib. Romanın məzmunundan və məziyyətlərindən bəhs edən M.Süleymanzadə bildirib ki, əsər iki gəngin nakam məhəbbəti fonunda Azərbaycan xalqını 1990-cı ilin 20 Yanvar faciəsinə, Qarabağ münaqişəsinə məruz qoyan mürəkkəb ictimai-siyasi olaylardan bəhs edir. 

 

«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu Y.Kərimovun yüksək işgüzarlıq və yaradıcılıq potensialından danışıb. Bu keyfiyyətlərin gənc nəsil üçün örnək mahiyyətinə diqqət çəkib. 

 

Tədbirdə çıxış edənlərdən əməkdar mədəniyyət işçisi Şakir Yaqubov, əməkdar jurnalistlər Fazil Güney, Adil Cəmil, tanınmış jurnalist-publisist Zemfira Məhərrəmli, yazıçı-dramaturq Firuz Mustafa, poliqrafçı alim Şəddat Cəfərov və başqaları Y.Kərimovu istedadlı jurnalist, səmimi və qayğıkeş dost, bacarıqlı rəhbər kimi səciyyələndiriblər. Onlar yubilyarın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı silsilə əsərlər müəllifi olmasını xüsusi vurğulayıblar, həmkarlarına yeni yaradıcılıq uğurları arzulayıblar.

 

Sonda çıxış edən Y.Kərimov səmimi fikirlərinə və xoş arzularına görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. 

 

Qeyd edək ki, Y.Kərimov çoxillik jurnalistika fəaliyyəti ərzində «Xalq qəzeti»ndə, «Yüksəliş», «Bakı-Baku» qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. O, uzun illər dövrün nüfuzlu nəşrlərindən olan «Azərbaycan gəncləri» qəzetinə rəhbərlik edib. Yubilyar jurnalist həmçinin dəyərli bədii nümunələri ilə də oxucuların rəğbətini qazanıb. 

 

Y.Kərimovun təqdimatı keçirilən «Sarı gəlin…» romanı müəllifin «Çardaq» və «Səni mənə verməzlər» əsərlərindən qaynaqlanır. Romanda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən qüvvələrin niyyətləri bədii çalarlarla təsvir olunmuş, ötən əsrin 90-cı illərinin hadisələrinin təhlili aparılmış, bu müstəvidə iki gəncin nakam məhəbbəti əksini tapmışdı. 

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »