Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının təmsilçiləri qocaman jurnalist Sabir Gəncəlini ziyarət ediblər

-

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi ötən ildən həyata keçirməyə başladığı “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün tərbiyə qaynağımızdır” layihəsini bu il də uğurla davam etdirir. Bu günlərdə məclis təmsilçiləri qocaman yazıçı-jurnalist, tarix elmləri doktoru Sabir Gəncəlini yaşadığı mənzilində ziyarət etmiş, son illərdə yaradıcılığını ev şəraitində davam etdirən 85 yaşlı həmkarımıza media ictimaiyyətinin ehtiramını və xoş arzularını çatdırmışlar.

Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov və onun müavini Məzahir Süleymanzadə uzun illər Azərbaycan jurnalistikasının inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomunu və hədiyyəsini Sabir Gəncəliyə təqdim etmişlər. Qocaman jurnalist göstərilən sayğıya görə razılığını bildirmiş, AJM-ə xeyirxah fəaliyyətində uğurlar arzulamış, son kitablarını qonaqlara hədiyyə etmişdir.

Sabir Gəncəli BDU-nun jurnalist ixtisaslı məzunlarından biri kimi, 60 ildən artıqdır ki, milli mətbuatmızın inkişafına bacardığı köməyi əsirgəməmişdir. “Bakı”- “Baku” qəzetlərinin özülünü qoyanlardan biri olmuş, uzun illər populyar “Azərbaycan qadını” jurnalının əsas ağırlığını daşımış bu insan  bilikli, məsuluyyətli, milli dəyərlərimizə dərindən bağlı, cəfakeş jurnalist kimi hər bir cavan qələm sahibi üçün ustad sayılancaq ziyalıdır.

 


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »