Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Berlin Jurnalistika Məktəbi azərbaycanlı jurnalistləri təhsil almağa dəvət edir

Əsas şərt alman dilini bilməkdir

Bu gün Azərbaycan Mətbuat Şurasında Almaniyanın Berlin Jurnalistika Məktəbinin professoru Klemens Şölün iştirakı ilə “dəyirmi masa” keçirilib. 

Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun başlıca fəaliyyət istiqamətlərindən biri beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqidir.Mətbuat Şurası bu məqsədlə xarici ölkələrin media qurumları və institutları ilə əlaqə saxlayır, onların təcrübəsinin öyrənilməsi, journalist kadrlarının hazırlanması, peşəkarlıqlarının təkmilləşməsi istiqamətində tədbirlər həyata keçirir: « Bir neçə gün öncə ABŞ-ın Minnesota Universitetinin professoru Ceyn Körtlinin «Media hüququ» kitabının ana dilimizdəki nəşrinin təqdimatını keçirdik. Bu günkü qonağımız isə Berlin Jurnalistika Məktəbinin professoru Klemens Şöldür. Onu deyim ki, bu məktəb dünyanın nüfuzlu jurnalistika institutlarından sayılır. Cənab Şöl Bakıya təmsil etdiyi qurumun layihəsi ilə bağlı təşrif buyurub», - deyə o bildirib.

Avropalı qonaq Klemens Şöl BJM-in həyata keçirdiyi layihə barədə məlumat verib. O bildirib ki, «Mətbuat - xalqlar arasında vasitəçi kimi» adlı layihəsi müsabiqə əsasında seçilmiş Mərkəzi və Şərqi Avropa ölkələrindən olan jurnalistlərin 3 aylığa Berlinə dəvət olunmalarını və bu müddətin 2 ayını hansısa alman mətbuat orqanında işləmələrini, təcrübə mübadiləsi aparmalarını nəzərdə tutur: “Noyabrın 30-u sənəd qəbulunun son vaxtıdır. Başlıca şərtlərdən biri alman dilini bilməkdir. Biz əsasən 25-35 yaşları arasında olan, jurnalistika ilə peşəkar şəkildə çalışan şəxslərə üstünlük veririk. Layihə 2003-cü ildən davam edir. İndiyədək proqramda 140-dan artıq jurnalist iştirak edib. Proqram Robert Boş Fondu tərəfindən maliyyələşdirilir. Ümumiyyətlə, Berlin Jurnalistika Məktəbi dövlət təşkilatı deyil - deyə o vurğulayıb.

Görüşdə çıxış edən «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu Almaniya ilə Azərbaycan arasında əlaqələrin hər zaman dinamik olduğunu önə çəkib. Media sahəsində də münasibətlərin vacibliyini vurğulayan baş redaktor mövcud layihənin bu baxımdan əlamətdar səciyyə daşıyacağına, Azərbaycan jurnalislərinin irəli sürülən təşəbbüsün reallaşmasında aktiv olacaqlarına ümid etdiyini bildirib.

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli layihənin əhəmiyyətli cəhətlərinə toxunaraq diqqəti əsasən dil faktoruna yönəldib: «Təşəbbüsü yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu, jurnalistlərimiz üçün faydalı olacaq. Amma onu deyim ki, Azərbaycanda əsasən ingilis və rus dilləri daha çox populyardır. Bu baxımdan yaxşı olardı ki, təşkilatçılar xarici dil məsələsində dəyişikliklərin mümkünlüyünü nəzərdən keçirsinlər»

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də Berlin Jurnalistlər Məktəbi tərəfindən həyata keçirilən layihənin əhəmiyyətindən söhbət açıb və layihədə Azərbaycandan neçə jurnalistin iştirak edə biləcəyi ilə və bununla əlaqədar prosedur qaydalarla maraqlanıb. K.Şöl suala cavab olaraq bildirib ki, layihədə müxtəlif ölkələrdən ümumilikdə 15 jurnalistin iştirakı nəzərdə tutulur: «Hər ölkədən 1 nəfər nəzərdə tutulmaqla ümumilikdə 15 ölkədən nümayəndənin olmasını planlaşdırırıq. Seçim iki mərhələdə həyata keçiriləcək. İlk mərhələnin nəticələrinə bu region üzrə Tbilisidə baxılmasını nəzərdə tuturuq.

Əlbəttə, bunu Bakıda da gerçəkləşdirə bilərik. Təbii ki, bu, prosesdə Azərbaycandan iştirak etmək istəyən jurnalistlərin sayından asılı olacaq».

Tədbirdə çıxış edən digər iştirakçılar da layihənin Azərbaycan jurnalistikası üçün faydalı cəhətlərindən söhbət açıblar.




14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »