Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının Prezident sərəncamından irəli gələn görüşləri davam edir

-

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Xalq cəbhəsi» qəzetinin redaksiyasında bu kütləvi informasiya vasitəsinin yaradıcı kollektivi ilə görüş keçirib.

 

Görüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» 24 sentyabr 2014-cü il-cü il tarixli sərəncamından irəli gələn vəzifələrin reallaşdırılması məqsədi daşıyıb.

 

MŞ sədri Əflatun Amaşov bildirib ki, dövlət başçısının sərəncamında Mətbuat Şurasına hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkilinin tövsiyə olunduğunu diqqətə çatdırıb. Ə.Amaşov rəhbərlik etdiyi qurumun sənəddən irəli gələrək bir sıra «dəyirmi masa»lar və toplantılar təşkil etdiyini diqqətə çatdırıb. O, eyni zamanda MŞ-nin İdarə Heyətinin üzvlərinin gələcəkdə də redaksiyalara baş çəkəcəklərini və bu görüşlərin mütəmadi xarakter daşıyacağını vurğulayıb. 

 

Görüşdə cəbhə xətti ilə bağlı materiallardakı spesifik cəhətlər ətrafında müzakirələr aparılıb. Jurnalistlərin dövlət sirrinin mühafizəsi ilə bağlı məqamlara həssas yanaşmalarının zəruriliyi əsaslandırılıb. Bununla əlaqədar suallar cavablandırılıb, maraq doğuran məsələlərin təhlili verilib.

 

Qeyd edək ki, indiyədək dövlət başçısının sözügedən sərəncamından irəli gələn tədbirlərin reallaşdırılması məqsədilə MŞ-nin İdarə Heyəti üzvlərinin «Xalq qəzeti»ndə, «Azərbaycan», «Kaspi» və «Azərbaycan müəllimi» qəzetlərində, həmçinin Azadinform İnformasiya Agentliyində redaksiya əməkdaşları ilə görüşləri baş tutub.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »