Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Telman Qafarın əziz xatirəsinə...

Azərbaycan Mətbuat Şurasının nekroloqu

İnsan ömrü uzunluğu ilə deyil, mənalılığı ilə ölçülür. Bu, hər kəsin cəmiyyətdə tutduğu yerin mərtəbəsindən asılı olduğu kimi, peşəsinə verilən dəyəri əməli işi ilə doğrultmasından, incəliklərini duyub sövq almasından, biri-birini əvəzləyən uğurlarından, ən əsası "mən kiməm" sualı qarşısında düşüncələrini bölüşməsindən asılıdır. Suala vicdanla cavab verənlər dünyadan köçəndən sonra da yaşayır, xatırlanırlar. Jurnalistika sahəsində sözünü çoxsaylı məqalələri ilə deyən, həyata baxışı, sağlam düşüncələri ilə tanınan Telman Qafarov (Telman Qafar) da belələrindəndir. Onun haqqında keçmiş zamanda danışmaq nə qədər çətin olsa da, Tanrının hökmü qarşısında acizliyimizi etiraf etməliyik.

Hər bir dəyərli insan kimi Telman Qafar da haqq dünyasına qovuşması ilə ətrafındakıları təsirləndirir və onları mərhum yoldaşlarının kimliyini bir anlıq da olsa nəzərdən keçirmək məsuliyyəti ilə yükləyir.

Telman Hüseyn oğlu Qafarov 1937-ci ildə İrəvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. On yaşında olarkən ailəsi Azərbaycan Respublikasının Balakən rayonuna deportasiya edilmişdir. Orta məktəbi burada bitirən T.Qafarov hərbi xidməti başa vurduqdan sonra Bakıda Keşlə Maşınqayırma zavodunda tokar işləmişdir. Eyni zamanda, BDU-nun jurnalistika fakültəsində qiyabi təhsil almışdır.
1966-1970-ci illərdə Lerik rayonunda müəllim işləmiş, 1971-ci ildən 1992-ci ilə qədər AzTV-də sənaye şöbəsinin böyük redaktoru, "Xəbərlər" proqramında baş redaktor müavini vəzifələrində çalışmışdır. 1992-ci ilin oktyabr ayından ömrünün sonuna qədər "İki sahil" qəzetində çalışmış, nəşrin İqtisadiyyat və sosial həyat şöbəsinin müdiri vəzifəsini tutmuşdur.

Telman müəllim iki dəfə "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Çoxillik fəaliyyəti dövlət başçısının milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində imzaladığı sərəncamla "Əməkdar jurnalist" adı ilə dəyərləndirilmişdir.

Deyilənlər həyatdan 74 yaşında köçmüş həmkarımızın ömür yoluna qısa bələdçilik idi. Bunlar eyni zamanda vida sözlərimiz olsa da onun xatirəsi yaxınlarının, iş yoldaşlarının qəlbində əbədi qalacaq.

Allah rəhmət etsin, məkanı cənnət olsun.

Azərbaycan Mətbuat Şurası


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »