Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaucan Mətbuat Şurasının məlumatı

Bununla bağlı monitorinq qrupuna müraciət də edilməyib

Azərbaycan Mətbuat Şurası yanvarın 26-da (bu gün) Fəvvarələr meydanında keçirilmiş icazəsiz aksiyada jurnalistlərin prosesi işıqlandırmaları sahəsindəki vəziyyətin monitorinqini aparıb. Monitorinqdə peşə fəaliyyətini üzərində “PRESS” yazılmış xüsusi görəkçələrdə yerinə yetirmiş kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb. Bununla bağlı monitorinq qrupuna müraciət də edilməyib.

KİV nümayəndələrinin əksəriyyəti aksiya zamanı üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olublar. Təəssüf ki, monitorinq qrupu eyni zamanda fərqləndirici formasız jurnalistləri də qeydə alıb.

Məlumat verdiyimiz kimi, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəst və maneəsiz şəkildə icrasına  kömək məqsədi daşımış monitorinqi Mətbuat Şurasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı qrup aparıb. Qrupa rəhbərliyi Şuranın icraçı katibi Rəhim Hüseynzadə həyata keçirib.

Mətbuat Şurası jurnalistlərə icazəli və ya icazəsizliyindən asılı olmayaraq bütün aksiyalara üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə qatılmağı tövsiyə edir. Qurum bir daha xatırladır ki, hər hansı xoşagəlməz vəziyyətlə üzləşdikləri zaman yalnız fərqləndirici formada olmaq KİV nümayəndələri ilə bağlı durumun peşə müstəvisində dəyərləndirilməsinə əsas verəcək.



14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »