Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının Nizamnaməsinə edilən son dəyişikliklər hesabat-seçki qurultaylarının 4 ildən bir keçirilməsinə imkan verir

Əflatun Amaşov: «Söhbət hesabat verməkdən, cəmiyyəti məlumatlandırmaqdan gedirsə, bunu edirik»

«Azərbaycan jurnalistlərinin qurultaylarının keçirilməməsini Mətbuat Şurasının üzvlərinin hüquqlarının pozulması kimi dəyərləndirmək doğru deyil. Şura üzvləri öz hüquq və vəzifələrini kifayət qədər yaxşı bilirlər. Onlar MŞ-nin tədbirlərində, fəaliyyət planına dair məsələlərin həllində aktiv iştirak edirlər». Bunu APA-ya açıqlamasında MŞ sədri Əflatun Amaşov ölkə jurnalistlərinin qurultaylarının keçirilməməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirərkən deyib. 

Ə.Amaşovun sözlərinə görə, ölkə jurnalislərinin 2008-ci ilin iyununda baş tutan sonuncu qurultayında Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər edildi. Dəyişikliklər əsasən Şuranın İdarə Heyəti üzvlərinin və sədrinin səlahiyyət müddətinin 2 ildən 4 ilədək artırılması ilə bağlı idi. Bu addım İdarə Heyətinin fəaliyyət səmərəliliyinin artırılması zərurətindən irəli gəlirdi. «Bu isə hesabat-seçki qurultaylarının 4 ildən bir keçirilməsinə imkan verir. Lakin Mətbuat Şurası ictimai təşkilatdır və ictimai təşkilatlar haqqında ölkə qanunvericiliyinə əsasən hər il hesabat xarakterli toplantılarını keçirməlidir. Bunu qurultay şəklində etmək də olar, etməmək də. Hər bir halda qurultaylar yalnız hesabat xarakteri daşıyacaq. Mətbuat Şurası isə illik hesabatlarını media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş toplantılarda cəmiyyətə və aidiyyatı qurumlara çatdırır. Sənədlər məqbul qarşılanır. Bu, ən optimal variantdır. Çünki qurultayın keçirilmə prosedurlarına təxminən 3 ay müddət sərf olunurdu. Hər il eyni vəziyyətin təkrarlanması vaxt itkisindən başqa bir şey deyildi. Söhbət hesabat verməkdən, cəmiyyəti məlumatlandırmaqdan gedirsə, bunu edirik. Odur ki, narahatçılığa heç bir əsas görmürəm», - deyə o bildirib. 

Ə.Amaşov onu da bildirib ki, ölkə jurnalistlərinin V qurultayınadək hər bir şəxsin MŞ-nin rəhbər orqanlarında təmsilçilik hüququ 2 müddətdən artıq deyildi. Nizamnaməyə edilən son dəyişiklik Şuranın İdarə Heyətinin və sədrinin qurumun rəhbər orqanlarına seçilmə müddətinə dair bu məhdudiyyəti aradan qaldırıb: «Ola bilər, bəzi dostlarımız bunu təkrar eşitmək üçün darıxıblar. Nə edək, belələri də olur».


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »