Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Bakıda Türkdilli Ölkələrin II Media Forumu keçiriləcək

Tədbir Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə gerçəkləşir

Türkdilli Ölkələrin II Media Forumu Azərbaycanda keçiriləcək. Tədbir oktyabrın 27-30 tarixində Bakıda düzənlənəcək. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə gerçəkləşdiriləcək forumda ölkəmizlə yanaşı, Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Türmənistandan, Özbəkistandan, o cümlədən Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Altay, Saxa, Tuva, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən və Moldovanın Qaqauz Müxtar Ərazisindən media qurumlarının təmsilçilərinin qatılması planlaşdırılıb. Ümumilikdə 300 nəfərin iştirak edəcəyi tədbirə 100-dən artıq xarici qonaq dəvət olunacaq. Toplantının gündəliyinə Azərbaycan və Türkiyə arasında media sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması da daxildir. Sənədin peşə mübadiləsi prosesini gücləndirmək məqsədilə hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərlərinin, medianın müxtəlif sahələrinə dair treninq-məşğələlərin təşkilini, habelə Türkiyədə kütləvi informasiya vasitələrinin ölkənin iqtisadi münasibətlər sistemindəki rolu ilə bağlı təcrübənin öyrənilməsini və s. məsələləri  nəzərdə tutacağı gözlənilir. 

Qeyd edək ki, Forumun təşkilindən məqsəd beynəlxalq aləmdə yeni tendensiya kimi nəzərə çarpan türkdilli toplumların inteqrasiyasının genişlənməsinə, qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə kömək göstərməkdir. Həmçinin tədbirdə türk media birliyinin gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürüləcək, türkdilli media qurumlarının konsolidasiyasının sürətləndirilməsinin prinsipial tərəfləri müzakirə olunacaq. Onu da deyək ki, Türkdilli Ölkələrin I Media Forumu ötən il dekabrın 21-22-də Ankarada baş tutub. Forumda ölkəmizdən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, qurumun İdarə Heyətinin üzvləri, həmçinin kütləvi informasiya vasitələri rəhbərlərinin bir qrupu iştirak edib. Toplantıda növbəti belə tədbirin Azərbaycanda təşkili qərara alınıb.

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »