Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Ölkənin futbol jurnalistlərinin iştirakı ilə «dəyirmi masa» keçiriləcək

Futbol jurnalistikası sahəsində müstəsna xidmətləri olan şəxslər diplomlarla və xatirə hədiyyələri ilə təltif ediləcəklər

Mayın 31-də saat 12.00-da Mətbuat Şurasında ölkənin futbol jurnalistlərinin iştirakı ilə «dəyirmi masa» keçiriləcək. Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş toplantı MŞ-nin Bakı Futbol Federasiyası ilə birgə bu əlamətdar tarix münaisbətilə həyata keçirdiyi birgə təşəbbüs çərçivəsində baş tutacaq. 

Görüşdə kütləvi informasiya vasitələrində idman, xüsusən də futbol sahəsində çalışan jurnalistlərlə yanaşı, veteran qələm sahibləri, tanınmış futbol şərhçiləri, nüfuzlu media orqanlarının rəhbərləri də iştirak edəcəklər. Toplantıda Azərbaycanda futbol jurnalistikasının spesifik xüsusiyyətləri, mövcud istiqamətdəki tendensiyalar və çatışmazlıqlar ətrafında fikir mübadilələri aparılacaq, ömrünə sahəyə həsr etmiş şəxslərin yaradıcılıq yolu və təcrübəsi nəzərdən keçiriləcək. Görüşdə həmçinin futbol jurnalistikası sahəsində müstəsna xidmətləri olan şəxslər diplomlarla və xatirə hədiyyələri ilə təltif ediləcəklər.

Qeyd edək ki, Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş birgə tədbirləri çərçivəsində indiyədək jurnalistlərin ölkə polislərindən və Milli Məclisin deputatlarından ibarət heyətlərlə iki futbol matçı baş tutub.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »