Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında bir qrup internet informasiya resursu təmsilçisi ilə görüş keçirilib

-

Bu gün bir qrup internet informasiya resursu təmsilçisi Azərbaycan Mətbuat Şurasında qəbul edilib. «Azpolitika.info», «Arqument.az», «Mia.az», «Reaksiya.az» və başqa saytların nümayəndələrinin qatıldıqları görüş zamanı həmin media orqanlarının, habelə digər informasiya resurslarının son zamanlar yaydıqları materiallar müzakirə mövzusuna çevrilib. 

 

Qeyd edək ki, Mətbuat Şurasının apardığı monitorinq zamanı  sözügedən materiallarda müxtəlif bölgələrdə ayrı-ayrı şəxslər tərəfindən düzənlənmiş aksiyaların xalq etirazları kimi göstərildiyi müəyyənləşdirilibBelə ki həmin materiallar dəqiqləşdirilmədən təqdim edilib, əsasən «facebook» sosial şəbəkəsindəki saxta profillərdə paylaşılanlar mənbə olaraq seçilib. Materiallarda həmçinin ayrı-ayrı vəzifəli şəxslər cinayət əməllərində ittiham olunub, yeni aksiyaların vaxtı anons edilibbir çox hallarda təhrikedici mövqe ortaya qoyulub.

 

Bu kimi məsələlər barədə görüş iştirakçıları ətraflı məlumatdırılıb. Bildirilib ki, hər bir kütləvi informasiya vasitəsi ictimai əhəmiyyət daşıyan məsələlər barədə məlumat yayımlamaqda sərbəstdir. Bu hüquq Azərbaycan qanunvericiliyi ilə təsbit edilib, «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nda da əksini tapıb. Heç bir halda KİV-lərin azad fəaliyyəti məhdudlaşdırıla bilməz. Bununla belə media cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan məsələlərə yanaşmada həssas olmalı, hadisə və proseslərə münasibətdə obyektivliyi gözləməlidir. Xalq və dövlət üçün müstəsna əhəmiyyət daşıyan məqamlarda reytinq, oxucu kütləsi cəlb etmək naminə sui-istifadələr yolverilməzdir. 

 

Görüş zamanı MŞ-nin mövcud istiqamətdə tövsiyələri sözügedən internet sayt təmsilçilərinin diqqətinə çatdırılıb, həmçinin bu mövzuda müzakirələr aparılaraq qarşılıqlı maraq doğuran məqamlara aydınlıq gətirilib. 

 


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »