Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Lənkəranda “Yaşıl çay” jurnalının 1 yaşı qeyd olunub

Tədbirdə Azərbaycan Mətbuat Şurasının təmsilçiləri də iştirak edib

Sentyabrın 11-də Lənkəranda “Yaşıl çay” jurnalının 1 yaşı qeyd olunub. Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə şəhər icra hakimiyyətinin rəhbərliyi, yerli təşkilatların nümayəndələri, Azərbaycan Mətbuat Şurasının təmsilçiləri, ölkədə müntəzəm yayımlanan, ictimai fikirə təsir göstərən bir sıra kütləvi informasiya vasitələrinin baş redaktorları və bölgə müxbirləri iştirak ediblər. Çıxışlarda təbriklərlə yanaşı ölkə mediasının durumuna nəzər salınıb, regional mətbuatın inkişafı sahəsində həyata keçirilən kompleks tədbirlər təqdir olunmaqla yanaşı arzu və təkliflər də səslənib.

Tədbir işçirakçıları öncə ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsini ziyarət ediblər. Mərasimi giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açıb. O, nəşrin redaksiya kollektivini və oxucularını təbrik edərək bildirib ki, “Yaşıl çay” bir il əvvəl fəaliyyətə başlaması ilə mətbu mühitimizə özü ilə bərabər yeni nəfəs gətirib. Jurnalın təsisçisi və baş redaktoru xeyirxah əməlləri ilə tanınan sahibkar Araz Yaqubovdur. Əsas məqsəd Azərbaycan çayçılığının keçmiş şöhrətinin qaytarılması olsa da jurnal dairəsinə, oxucu auditoriyasına, onunla aktiv əlaqə saxlayanların sıralarının xeyli genişləndirməsinə görə, bir regionun hüdudlarını qısa müddətdə aşaraq bütün ölkədə tanınmağı bacarıb. T.Qaraşov sağlam düşüncəyə,  axtarışlara istinad edən jurnalın öz səhifələrində əkinçilik mədəniyyətinin yüksəlişinə, quruculuq-abadlıq işlərinə və digər aktual məsələlərə diqqət yetirdiyini, regionların inkişafı ilə bağlı yeniliklərin də təbliğçisi olduğunu vurğulayıb. O, Lənkərandakı bütün KİV-lər kimi “Yaşıl çay” jurnalının da normal fəaliyyəti üçün şərait yaradıldığını söyləyib.

Jurnalın redaktoru Sərraf Tahirov çıxışında mətbu nəşrin yaranma tarixindən, işıq üzü görmüş 8 sayının hər birinin gərgin yaradıcılıq axtarışlarının bəhrələri olduğundan söz açıb. Redaktor jurnalının ətrafında istedadlı qələm sahiblərinin birləşdiyini, başlanılan yolun uğurla davam etdiriləcəyini  deyib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Lənkəranda gördükləri ölkənin bütün regionlarındakı misilsiz tərəqqinin daha bir əyani nümunəsidir. Şəhərin siması, malik olduğu dəyərlər onun Vətənimizin tarixi-mədəni mərkəzlərindən olduğunu təsdiqləməkdədir. Lənkəranda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin sayı, çeşidi media sahəsində də eyni fikiri söyləməyə əsas verir.

Ə.Amaşov “Yaşıl çay”ın bu KİV-lərin arasında yaşca ən kiçiyi olmasına baxmyaraq qısa müddətdə özünü təsdiqləməyi bacardığına diqqətə çatdırıb. Milli mətbuatımızın ilki sayılan “Əkinçi”nin adı ilə mövzu dairəsi arasındakı fərqləri xatırladaraq “Yaşıl çay”ın da belə xoş sürprizə imza atmasını müsbət hal kimi dəyərləndirib. Məhz bu kimi xüsusiyyətlərin nəzərə alınaraq jurnalın Mətbuat Şurasına üzv qəbul olunduğunu söyləyib.

Şura sədri sonra ölkədə söz və mətbuat azadlığının təmin olunmasından, KİV-lərin inkişafına göstərilən dövlət qayığısından konkret misallar çəkib. Ə.Amaşov insanların yaşından, tutduğu mövqedən, vəzifəsindən asılı olmayaraq fikirini sərbəst və maneəsiz ifadə etməsini, bunları ölkənin hər yerində ictimaiyyətə sərbəst çatdırma imkanlarının mövcudluğunu əsas götürərək demokratik prinsiplərin real həyatda özünü təcəssüm etdiyini söyləyib. KİV-lərin inkişafına yönələn dövlət dəstəyinin məzmun və formalarının təhlili ilə məsələnin ikinci tərəflərinin şərhini verib.

Ə.Amaşov “Yaşıl çay” jurnalının kollektivinə bir daha xoş duyğularını yetirib və nəşrin MŞ-nin diplomuna layiq görüldüyünü vurğulayaraq mükafatı baş redaktora təqdim edib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: “Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cəmi bir neçə jurnal çıxarılırdı. İndi regionların əksəriyyətinin öz dərgisi var ki, bu da əlamətdar haldır. Mən əminəm ki, “Yaşıl çay” bizim Azərbaycan çayının keçmiş şöhrətinin bərpasında müstəsna rol oynayacaq. Onun bu sahədə məktəb kimi formalaşacağına tam əminəm”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev: “Yaşıl çay Lənkəranın simvolu olub. İstəyirik ki,  gələcəkdə də belə olsun. Jurnal təkcə Cənub zonasının həyatını işıqlandırmır. Əksər sahələrdən yazılar verir. İnanırıq ki, o şox böyük uğurlara imza atacaq”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışına Səməd Vurğunun məşhur şeirinin Lənkəranı və Lənkəran çayını tərənnüm edən bəndi ilə başlayıb. O, dərin inam hissi ilə bildirib ki, regionda həyata keçirilən kompleks tədbirlər o şöhrətin bərpası ilə nəticələnəcək. “Yaşıl çay” isə həmin proseslərin epopeyasını yaratmaq missiyasının etibarlı daşıyıcısı olacaqdır.

Lənkəran Dövlət Universitetinin kafedra müdiri Fərman Quliyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC həmkarlar ittifaqları komitəsinin sədr müavini Mübariz Süleymanlı da təbriklərə qoşularaq ürək sözlərini söyləyiblər.

Sonda jurnalın əməkdaşları və fəalları Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunublar. 



13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »