Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
AZƏRBAYCAN MƏTBUAT ŞURASI VƏ “O-FİLM” STUDİYASININ YENİ LAYİHƏSİ “HAY VER MƏNƏ, CƏNAB LEYTENANT...” CƏLİLABADDA TƏQDİM OLUNDU

Layihə çərçivəsində çəkilməsi nəzərdə tutulan 12 filmin qayəsini bu məram təşkil edir

Bitməmiş müharibənin qəhrəmanları – Azərbaycan Mətbuat Şurası və “O-film” studiyası yeni layihələrinə bu adı seçərkən nəzərə alıblar ki, hələ Qarabağ savaşı bitməyib. Düşmən taptağı altında olan torpaqlarımız Vətən igidlərinin, yeni şəhadətə, şücaətə hazır övladlarının yolunu gözləyir. Şəhidlərimizin nigaran ruhları, bu yolda sağlamlığını, sevincini, yurd-yuvasını itirmiş insanların nigaran baxışları onları rəşadətə səsləyir. Layihə çərçivəsində çəkilməsi nəzərdə tutulan 12 filmin qayəsini bu məram təşkil edir. Filmlərdə cəmiyyətə, gənc nəslə örnək məqsədilə şəhidlərlə yanaşı canlı qəhrəmanların da obrazlarının yaradılması qarşıya məqsəd qoyulub. Təqdimat mərasimlərinin Bakıda və həmin igidlərin boya-başa çatdıqları bölgələrdə nümayişi planlaşdırılıb.

Artıq “Hay ver mənə, cənab leytenant...” adlı ilk film hazırdır. Milli ordumuzun zabiti, şəhid Fərid Əhmədova həsr olunan ekran əsərinin ideya müəllifi Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Malik Həsənov, baş məsləhətçisi Mətbuat Şurasının sədri Əflatun Amaşov, ssenari müəllifi Kəmalə Mirzəyeva, layihə rəhbəri isə tanınmış jurnalist Bəxtiyar Qaracadır.

Filmin yaradıcıları noyabrın 5-də Cəlilabada təqdimat mərasiminə təşrif gətirmişdilər. Həmin gün təsadüfi seçilməmişdi. Nəzərə alınmışdı ki, prezidentimiz İlham Əliyevin təkidi sayəsində düşmən əlindən alınan şəhid leytenantın cənazəsi məhz 2010-cu il noyabrın 5-də Cəlilabad şəhərinə gətirilmiş və həmyerliləri yollara gül-çiçək səpməklə fəxarətlərini nümayiş etdirmişlər. Elə bu rəğbət hissi mərasimin düzənləndiyi rayon mədəniyyət evindəki izdihamdan da duyulurdu. Şəhidin doğmaları, icra strukturlarının, ictimaiyyətin nümayəndələri, Azərbaycan Mətbuat Şurasının təmsilçiəri tədbirdə iştirak edirdilər.

Mərasimi rayon icra hakimiyyəti başçısının birinci müavini Asif Əzizov açaraq bu yurdun övladlarının rəşadət tarixindən bəhs etdi, Qarabağ müharibəsinin də şanlı salnamənin şərəfli səhifələrindən olduğunu dedi. Müharibədə 5 nəfərin Milli Qəhrəman adına layiq görüldüyünü, 139 nəfərin şəhid olduğunu, 31 nəfərin itkin düşdüyünü, 61 nəfərin ömürlük şikəst olduğunu nəzərə çatdıraraq bildirdi ki, Vətən yolunda  şücaət göstərən hər bir cəlilabadlıya və onların ailələrinə qayğı diqqət mərkəzindədir. O, Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunmuş Fərid Əhmədovun da doğmalarına belə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. Layihənin indiki məqamda xüsusi aktuallığa malik olduğunu vurğulayaraq iştirakçıları həmyerliləri barədə flimə baxmağa dəvət edib.

Filmin nümayişindən sonra müzakirələr başlayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışına məşhur “Torpaq, əgər üstündə ölən varsa, Vətəndir” deyimi ilə başlayıb. “Fərid öz şəhadəti ilə bunu bizə aşıladı. O öz nümunəsində bizləri qələbəyə bir addım da yaxınlaşdırdı. Film yalnız Fərid haqqında  ballada deyil, bu eyni zamanda qəhrəmanın anasının, doğmalarının, yerlilərinin balladasıdır. Bu mənada “O-film” studiyasına minnətdarlığımı bildirirəm. Belə filmlər bizə lazımdır”. Ə.Amaşov Azərbaycanın regionda ən güclü orduya malik olduğunu bildirərək qeyd edib ki, əgər torpaqlarımızın dinc yolla qaytarılması mümkün olmasa onda yenidən Fərid kimi igidlərimiz öz sözlərini deyəcəklər. Şura sədri növbəti filmin də məhz cəlilabadlı şəhidə -  kapitan Əhməd Abdullayevə həsr olunacağını və burada nümayiş etdiriləcəyini vurğulayıb.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli filmin qəhrəmanının həmyerlisi olması ilə fəxr etdiyini deyib. O, cəlilabadlıların tarixin bütün dönəmlərində qəhrəmanlıqlara imza atdıqlarını söyləyərək belə igidlərin ekranda obrazlarının yaradılmasını müsbət xidmət nümunəsi kimi dəyərləndirib. Filmin xüsusilə gənc nəslin tərbiyəsində oynaya biləcəyi müsbət məqamların təhlilini verib.

Layihə rəhbəri Bəxtiyar Qaraca: “Məqsədimiz heç də auditoriyaya kədərli anlar yaşatmaq deyil, insanlar belə filmlərə baxaraq vətənpərvərlik dərsi götürməlidirlər. Yaxşı, qürurverici nümunələrə baxaraq tərbiyə olunmalıdırlar. Bizim filmlərimiz qəhrəmanlarımızın taleyindən qaynaqlanır. Belə talelər olmasaydı filmlərimiz də olmazdı.

“20 Yanvar” Cəmiyyəti Cəlilabad rayon şöbəsinin sədri, şəhid atası Mirşamil Mürsəlov filmi ərsəyə gətirənlərin zəhmətini yüksək dəyərləndirib, gələcək çəkilişlər zamanı diqqət yetilməsi vacib sayılan məqamlardan söhbət açıb.

Şəhidin anası Nərgiz Əhmədova: “Vətəni sevmək imandandır” məsəli ilə duyğularını bölüşərək filmi ərsəyə gətirənlərə minnətdarlığını bildirib.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »