Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Toplantıda 6 müraciət araşdırılıb

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 6 müraciəti araşdıraraq müvafiq rəylər çıxarıblar. Əvvəlcə Ağdam rayonu Quzanlı qəsəbəsinin bir qrup sakininin “Qeyrət qalası” qəzeti ilə bağlı şikayətinə baxılıb. Komissiya həmin mətbu nəşrdə gedən bir sıra yazılarda açıq təhqirlərə yol verildiyini , bunların əsasən fərdi baxışlardan, münasibətlərdən qaynaqlandığını əsas götürərək “Qeyrət qalası” qəzetinə Mətbuat Şurası tərəfindən xəbərdarlıq edib.

İclasda üç kütləvi informasiya vasitəsinin adının MŞ-nin “qara siyahı”sına salınması üçün nə dərəcədə əsaslar olduğunun müəyyənləşdirilməsinin Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilməsi razılığına gəlinib. Bunlar “Vedi inform”, “Həftəlik Azərbaycan”, və “Azad yeni fikir” qəzetləridir. 

Birinci nəşr barədə belə rəyə gəlinərkən Respublika Dəri-zöhrəvi Dispanserinin, Şəki Şəhər Qarışıq Tipli Uşaq Evinin şikayətləri, həmçinin digər amillər nəzərə alınıb. Digər iki qəzet barədə ölçü götürülərkən Göyçay rayon sakinləri Eldar Şıxəliyevin və İlkin Nəbiyevin müraciətlərindəki məqamlara istinad edilib. 

İclasda “Cənub xəbərləri” qəzeti barədə müraciətlərlə əlaqədar iki rəy çıxarılıb. Komissiya Yardımlı Rayon Mədəniyyət Şöbəsinin bu mətbu nəşrlə bağlı şikayətini əsaslı saymayıb. Nəzərə alınıb ki, müraciətdə adı çəkilən qəzet əməkdaşının məhkəmə  hökmü ilə şöbənin tabeliyindəki əsas iş yerinə qaytarılması qarşı tərəfin iddiasını qüvvədən salır.

Masallı rayonundan bir qrup ziyalının müraciətinin müzakirəsi “Cənub xəbərləri”nə xəbərdarlıq olunması ilə yekunlaşıb. Nəşr rəhbərliyinə bildirilib ki, qəzetdə etik çərçivəyə sığmayan təhqiramiz fikir və ifadələrin işlədilməsi yolverilməz haldır. Bu KİV-də belə hallar qətiyyətlə aradan qaldırmalıdır.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »