Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının bələdiyyə seçkisi ilə bağlı “qaynar xətti”nə jurnalistlərdən müraciət qeydə alınmadı

-

Mətbuat Şurasının «qaynar xətt» rejimində fəaliyyət göstərən telefon nömrələrinə 23 dekabr bələdiyyə seçkisi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərindən hər hansı müraciət daxil olmayıb. Şuranın müxtəlif seçki məntəqələrində prosesi izləyən monitorinq qrupunun üzvləri də media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə dair hər hansı maneçilik faktı qeydə almayıblar. MŞ İdarə Heyətinin üzvlərinin müşahidələrinə əsasən, yerli və xarici KİV-lərin əməkdaşlarının seçki prosesini işıqlandırmalarına hər cür şərait yaradılıb.

MŞ sədri Əflatun Amaşov Nəsimi və Nərimanov, qurumun sədr müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvlərindən - Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Xətai, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqələrində jurnalistlərin prosesi işıqlandırmalarının vəziyyətilə tanış olublar.

Qeyd edək ki, Mətbuat Şurasının «qaynar xətt» rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon,  (055) 201 99 26 və (050) 534 93 26 mobil nömrələri bu gün saat 08.00-dan 19.00-dək fəaliyyət göstərib. Məqsəd səsvermə gedişində peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələrinin təminatından, hər hansı çətinliklərin olacağı təqdirdə operativ tədbilərin görülməsini həyata keçirməkdən ibarət olub.

Onu da qeyd edək ki, MŞ prosesi işıqlandıran KİV nümayəndələrinin mümkün ola biləcək müraciətlərini bundan sonra da diqqət mərkəzində saxlayacaq.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »