Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Kişinyovda medianın özünütənzimləməsinə dair beynəlxalq konfrans keçirildi

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edib

Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Şurası və Avropa Birliyinin birgə təşəbbüsü ilə medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfrans başa çatıb. Bu barədə konfransda içtirak edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Ə.Amaşov bildirib ki, tədbirdə əsasən mətbuat şuralarının özünütənzimləmədəki rolu ətrafında fikir mübadilələri aparılıb. Bu baxımdan peşə davranışı qaydalarının roluna da nəzər salınıb. Şura sədri çıxışında bildirib ki, Azərbaycan Mətbuat Şurası təkcə Müstəqil Dövlətlər Birliyi deyil, eyni zamanda Şərqi Avropa məkanında kifayət qədər oturuşmuş struktura malik institutdur: «Şuranın təcrübəsi dəfələrlə regional səviyyəli toplantılarda yüksək dəyərləndirilib və model kimi qəbul edilib. Bununla belə Kişinyovda medianın özünütənzimləməsinə həsr olunmuş tədbirdə iştirak vacibdir və əldə edəcəyimiz nəticələrin daha faydalı fəaliyyət baxımından əhəmiyyətli olacağını düşünürük», - deyə o vurğulayıb.

Tədbir MDB məkanında fəaliyyət göstərən Mətbuat Şuralarının vahid informasiya portalının yaradılması barədə qərarın qəbulu ilə yekunlaşıb. Ə. Amaşov bilidirib ki, Azərbaycan Mətbuat Şurası vahid informasiya portalının yaradılmasında əsas təşəbbüskarlardan biridir. O məlumat verib ki, portalda medianın özünütənzimləməsinə dair materiallar, bu sahədə mövcud təcrübələr, müzakirələr əksini tapacaq.

Qeyd edək ki, Rusiya, Ukrayna, Moldova, eləcə də də Qərbi Avropa ölkələrindən də nüfuzlu media ekspertlərinin qatıldıqları toplantının təşkilində prioritet vəzifələrdən biri regional miqyasda media qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə dəstək göstərilməsi olub. Bu baxımdan konfransın proqramına vahid koordinasiya mərkəzinin yaradılması ətrafında müzakirələrin aparılması da daxil edilib. Tədbirdə həmçinin sosial şəbəkələr və onların ictimai tənzimlənməsi ilə bağlı fikir mübadilələri də aparılıb.

Onu da deyək ki, beynəlxalq konfransda MŞ sədri Ə.Amaşovla yanaşı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edir.




20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »