Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu komissiya üzvlərinə müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. Gündəliyin təsdiqindən sonra şikayətlərin araşdırılmasına başlanılıb.  

Öncə Balakən rayonunun Mahamalar kənd sakini Sabir Məmmədovun «Azadlıq» qəzetinin  16 mart 2016-cı ildə onunla bağlı təqdim etdiyi yazı barədə müraciətinə baxılıb. Komissiya narazılıq doğuran materialda məktub müəllifi haqqında ittiham xarakterli fikirlərin yer almasına baxmayaraq qarşı tərəfin məsələyə münasibət bildirməməsini etik pozuntu sayıb. Qəzetə balansın gözlənilmədiyi irad tutulub və şikayətçinin mövqeyini işıqlandırması tövsiyə olunub.

Respublika Sanitariya-Karantin Mərkəzinin «Bələdiyyə birliyi» qəzetində gedən «Zərgərpalanda plan tökənlər» (28 aprel 2016-cı il) sərlövhəli yazı ilə bağlı müraciəti ёaraşdırılarkən bir neçə məqama diqqət yetirilib.

Bildirilib ki, materialda həqiqətən etik prinsiplərin bir sıra tələbləri pozulub. Komissiya qənaətə gəlib ki, bunun baş verməsində qəzetin həmin qurumdan məlumat alması üçün lazımi  şəraitin yaradılmadığı da  təsirsiz qalmayıb.

Hər iki tərəf iradlarla razılaşıb. Komissiya tərəflər arasında anlaşma əldə olduğunu əsas götürərək məsələni həllini tapmış hesab edib.

İclasda Bakı şəhər sakini Kənan Əhmədovun «Criminal.az» saytında gedən faciə motivli görüntünün həmin ailəyə sarsıntılar yaşatması barədə müraciəti araşdırılarkən rəyə gəlinib ki, məsələ müsbət həllini tapmalıdır. Çünki bu, həm də ailənin əlavə mənəvi-psixoloji sarsıntılara məruz qalmasının qarşısını alar. Sayta  fotogörüntünün oradan çıxarılması tövsiyə olunub.

Komissiya rəyə  gəlib ki, istintaq altında olan, yaxud məhkəməsi gedən şəxs barədə medianın ittiham xarakterli fikirləri qabartması yolverilməz haldır. Belə hal «Qəbələ» futbol klubunun sabiq üzvü Cavid Hüseynov haqqında  bir sıra kütləvi informasiya vasitələrinin təqdim etdiyi yazılarda  da özünü biruzə verməkdədir. Komissiya C.Hüseynovun anasının müraciətində həmin tipli məlumatların bu ailəyə sarsıntılar yaşatdığını, faciə ilə üzləşən digər tərəfin də hislərinin nəzərə alınmasını vacib hesab edib.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi iclasa gəlmədiyindən bu səhiyyə  şəbəkəsinin «Xeberal.az» saytı barədə şikayəti gündəlikdən çıxarılıb.

Bakı şəhər sakini Cahangir Hüseynovun «Gündəlik Bakı» qəzeti  və  «İdeologiya.az» saytı haqqında müraciətinə də baxılmaması məntiqi sayılıb. Məlumat verilib ki, hər iki KİV-lə bağlı  məhkəmə iddiası qaldırıldığı üçün prosedur qaydalar  MŞ-də belə şikayətlərə baxılmasını istisna  edir.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »