Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
525-i hədəfləyən «525»

-

Ölkəmizin media məkanını onsuz təsəvvür etmək mümkün deyil. O, müstəqil Azərbaycanın qəzetçilik tarixinin ən parlaq nümayəndəsidir. Keçdiyi yol, müəyyənləşdirdiyi dəst-xətt, hadisə və proseslərə məxsusi yanaşma tərzi sübut edir ki, jurnalistika yaradıcılıq üçün sərhəd tanımır. 

O, fəaliyyəti ilə peşənin təkcə zehni əmək deyil, eyni zamanda böyük mənəvi məsuliyyət olduğunu isbatlamış kütləvi informasiya vasitəsidir. Səhifələrinə diqqət yetirəndə düşünürsən - jurnalist əməyi həm çox asandır, həm də olduqca çətindir. Belə qənaət formalaşdırmaq üçün səbəb eynidir. Çünki o, jurnalistikanın həm də bir ürək işi olduğunu isbatlamış qəzetdir. 

Bu gün söz sənətinə qəlb-ürək işi kimi yanaşmış insanların romantizmi Vətənə xidmət amalı, milli dirçəliş ruhu ilə çulğalaşdıraraq yaratdıqları «525-ci qəzet»in 25 yaşı tamam olur. Bu münasibət ilə Rəşad Məcid başda olmaqla nəşrin əməksevər və fədakar kollektivinin hər bir üzvünü təbrik edirik. 

25 il öncənin Azərbaycanı yenicə müstəqillik yoluna qədəm qoymuş ölkə idi. İdeyaların, baxışların aşıb-daşdığı məmləkət üçün müstəqil media prinsipləri də aktual sayılırdı. «525-ci qəzet» bu prinsipləri praktik müstəviyə gətirdi. 

Yubilyar nəşr söz və ifadə azadlığını dövlət müstəqilliyimizin əbədiyyat simvolu kimi əsaslandırdı, bu azadlığın cəmiyyətin hər bir üzvünün firavan yaşamaq ovqatına dəstək mahiyyətini ortaya qoydu. Son dərəcə vacib olan bu fəaliyyət eyni zamanda medianın IV hakimiyyət missiyasının tamamilə yeni təqdimat forması idi. 

«525-ci qəzet» məktəbdir. Bu statusu əldə edənədək keçilmiş şərəfli yol üçün çətinlikləri dəf etmək əzmi ilə yanaşı, nümunəvilik də xarakterikdir. Nəşrin nümunəviliyi peşəyə hədsiz sədaqət ruhuna köklənmiş danılmaz reallıqdır. Tam əminliklə demək olar ki, illər keçsə də, bu reallıq dəyişməz qalacaqdır. Bunun təminatı isə qəzetə olan hədsiz oxucu inamı və etimadıdır. 

Hər bir oxucu inanır ki, janrından, üslubundan, müəllifinin siyasi mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq, qəzetdə dərc edilmiş istənilən material ictimai şüurun məhsuludur. Məhz buna görə imzasını «525»də görmək arzusunda olanlar çoxdur. Onların hamısı əmindir ki, bu nəşr yalnız 25 deyil, 525 yaşını qeyd etməyə layiq media etalonudur. 

Azərbaycan Mətbuat Şurası bir daha «525-ci qəzet»i fəaliyyətə başlamasının 25 illiyi münasibəti ilə təbrik edir, Rəşad Məcid başda olmaqla qəzetin daim yaradıcılıq axtarışlarında olan zəhmətkeş kollektivinin hər bir üzvünə yeni-yeni uğurlar, mətbuatımızın şanlı ənənə və prinsiplərinə möhkəm sadiqlik ruhu arzulayır. 

25 illik yubileyiniz mübarək, əziz və dəyərli «525»çilər!


Azərbaycan Mətbuat Şurası,

17 noyabr 2017-ci il


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »