Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

Komissiya üç qəzetin adının MŞ-nin «qara siyahı»sına daxil edilməsi üçün rəy verilməsi barədə razılığa gəlib

Bu gün Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. İclasda 6 nəşrlə bağlı məsələlər araşdırılıb və müvafiq rəylər çıxarılıb.

Müzakirə edilən məsələlər barədə ətraflı məlumat verən komissiyanın sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bunlardan ikisi MŞ-nin Şikayətlər üzrə Komissiyasından rəy şəklində, daha 4-ü isə Şura Katibliyi tərəfindən baxılmaq üçün təqdim olunub.

Sonra hər məsələ ətrafında müzakirələr aparılıb. Yekdilliklə rəyə gəlinib ki, Şuranın Şikayətlər üzrə Komissiyasının «Qanun: izah və şərhlər» və «Xural» qəzetlərinin adlarının MŞ-nin «qara siyahı»sına salınması ilə bağlı təklifləri buna əsas verən real faktların mövcudluğunu nəzərə alıb.

Vaxtilə Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilmiş «Azərbaycan gündəmi» qəzetinin baş redaktorunun vəzifə səlahiyyətindən sui-istifadə etməsi səbəbindən həbsi bu mətbu orqanın adının Şuranın «reket nəşr»lər üçün tərtib etdiyi «qara siyahı»ya salınmasına əsaslar verir.

Komissiya hər üç qəzetin adının MŞ-nin «qara siyahı»sına daxil edilməsi üçün Şuranın İdarə Heyətinə rəyin verilməsi razılığına gəlib.

Qurum MŞ-nin «qara siyahı»sında yer alan «Vətəndaş haqqı» qəzetinin siyahıdan çıxarılması ilə bağlı müraciətinə baxaraq sənəddə ifadəsini tapan məqamları yetərli saymayıb. Bildirilib ki, Şura nəşrin adını «qara siyahı»ya salarkən yanlışlığı qəzet tərəfindən isbatlanmayan faktların mövcudluğunu nəzərə alıb.

İclasda «Yeni hakimiyyət» və «Müstəqil respublika» qəzetləri ilə bağlı araşdırmaların davam etdirilməsi razılaşdırılıb.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »