Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Tanınmış jurnalist Oqtay Salamzadə dünyasını dəyişdi

Allah rəhmət eləsin!

Bu gün tanınmış yazıçı-publisist, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə 82 yaşında dünyasını dəyişib. O, ömrünün 60 ildən çoxunu qələmə, yaradıcılığa bağlayıb, yüzlərlə oxunaqlı mətbu yazıları, ədəbi-bədii əsərləri yadigar qalıb. Bu nümunələr janr, mövzu rəngarəngliyinə, dil, üslub xüsusiyyətlərinə görə daim diqqəti çəkib, müəllifinə medianın da, ədəbiyyatsevərlərin də rəğbətini qazandırıb.

O.Salamzadə 1930-cu il sentyabrın 1-də Füzuli rayonunun Cuvarlı kəndində anadan olmuşdu. 1953-cü ildə Bakı Dövlət Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bilik və bacarığı nəzərə alınaraq gənclər təşkilatının rəhbəri vəzifəsinə irəli çəkilsə də yaradıcı mühitə daim üstünlük verib. Ömrünün sonuna kimi təmsil olunduğu qurumların siyahısından da bunu görmək mümkündür.

Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində uşaq və gənclər verilişləri redaksiyasının məsul katibi, Azərbaycan Jurnalistlər İttifaqının məsul katibi, Beynəlxalq Jurnalistlər Təşkilatının Rəyasət Heyətinin üzvü, SSRİ Jurnalistlər İttifaqı Təftiş Komissiyası sədrinin müavini, “Kitabsevərlər” Cəmiyyətinin baş redaktoru, “Yazıçı” nəşriyyatının böyük redaktoru, “Karvan” jurnalının baş redaktoru, nəhayət Azərbaycan KİV İşçilərinin Həmkarlar İttifaqının sədri və Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurası sədrinin müavini – 52 illik yaradıcılıq yolunun xronoloji ardıcıllığının təzahürləridir...

Oqtay Salamzadənin dövri mətbuatda işıq üzü görən 500-dən çox məqaləsi, “Bizim nəsil”, “Tahirə”, “Qızıl torpaq” romanları, “İsgəndərin övladları”, “İkinci pillə”, “Yaz yağışı”, “Səma elçiləri” povestləri, ölkənin dram teatrlarında səhnəyə qoyulan əsərləri onun gərgin və mənalı axtarışlı həyat yolundan xəbər verir. Ağsaqqal, səmimi insan O.Salamzadə haqq dünyasına qovuşub. Allah rəhmət eləsin!


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »