Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri Gürcüstanda regional media toplantısına qatılacaq

Tədbir Martın 22-23-də baş tutacaq

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov postsovet məkanı ölkələrinin medianın özünütənzimləməsi ilə bağlı qurumlarının Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək regional görüşünə qatılacaq.

Martın 22-23-də baş tutacaq toplantıda təşkilatçılarla yanaşı, Rusiya, Ukrayna, Azərbaycan, Moldova və Ermənistandan nümayəndələr olacaqlar.

Qeyd edək ki, Avropa Birliyinin və Avropa Şurasının Cənubi Qafqazda və Moldovada söz və mətbuat azadlığının, plüralizmin və jurnalist peşəkarlığının artırılmasına yönələn layihəsi çərçivəsində ötən il vahid şəbəkə formalaşdırılıb. Görüşdə müzakirə olunacaq başlıca məsələ həmin şəbəkənin fəaliyyətinin nəzərdən keçirilməsidir. Tədbirdə qurumun Baş assambleyasının, eləcə də Katibliyinin təşkili formaları da müəyyənləşdiriləcək.

Görüş çərçivəsində həmçinin iştirakçı ölkələrin təmislçilərinin hər birinin özünütənzimləmənin yerli təcrübəsinə dair məruzəsi dinləniləcək. Jurnalist etikası və regionda jurnalistlərin peşə fəaliyyəti ilə bağlı tendensiyalar ətrafında fikir mübadiləsi aparılacaq.

Onu da deyək ki, regional media toplantısında Ə.Amaşovla yanaşı ölkəmizdən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »