Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Şikayətlər üzrə Komissiyanın iclası keçirilib

Komissiya üzvləri 4 məsələni araşdıraraq müvafiq rəylər çıxarıblar

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin rəhbərlik etdiyi komissiyanın üzvləri 4 məsələni araşdıraraq müvafiq rəylər çıxarıblar.

Əvvəlcə «Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu» İctimai Birliyinin «Yeni Azərbaycan» qəzetinin 17 iyun 2011-ci il tarixli sayında bu qurum və onun rəhbəri barədə gedən «Hüquq pozan «hüquq müdafiəçisi» sərlövhəli məqalə ilə bağlı müraciətinə baxılıb. Hər iki tərəfin məsələ ilə əlaqədar arqumentləri dinlənilib. RATİ sədri Emin Hüseynov bildirib ki, haqqında müxtəlif internet şəbəkələrdə yayımlanan məlumatlar qəzetdə yoxlanılmadan dərc olunub. Beləliklə onun ictimai nüfuzuna ləkə vurulub. «Yeni Azərbaycan» qəzetinin şöbə redaktoru Aqşin Şahinoğlu isə bildirib ki, RATİ sədrinin barəsində yayılan informasiyaların təkzibi cəhdləri nəzərə çarpmayıb. Qəzet də bunu əsas götürərək müvafiq matieral verib. A.Şahinoğlu eyni zamanda təmsil etdiyi mətbu orqanda qarşı tərəfin mövqeyinin verilməsinə razılığın ifadə olunduğunu da vurğulayıb. O göstərib ki, E.Hüseynov barəsində gedən məlumatların yanlışlığının sübutu üçün qəzetə hər hansı müraciət ünvanlamayıb. Əgər qarşı tərəf bununla bağlı təkzibedici arqumentlərə malikdirsə və mövqeyini nəşrin səhifəsinə çıxarmaq niyyəti varsa, «Yeni Azərbaycan» buna hazırdır.

İclasda Yeni Azərbaycan Partiyasının «Azadlıq» qəzetində gedən «Ermənilərin YAP-dan fərqi» (9 avqust 2011-ci il) sərlövhəli yazı ilə bağlı şikayətinə baxılarkən bir neçə məqama diqqət yetirilib. Əvvəla nəzərə alınıb ki, material köşə yazısıdır, lakin jurnalistin yaranmış imkandan sui-istifadəsi təsiri bağışlayır. Yazı faktaloji baxımdan həqiqəti əks etdirmir. Oradakı fikirlərin YAP ilə kontekstdə müqayisəsi qüsurlu və məntiqə ziddir. Bu kimi hallar «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın pozulması, milli mentalitetə, əxlaqa və hüquqa zidd məqamların jurnalist yaradıcılığına uyğun gəlməyən şəkildə təqdimatıdır. Qeyd edək ki, iclasa «Azadlıq» qəzetindən də nümayəndə dəvət olunsa da, nəşrin təmsilçisi naməlum səbəbdən müzakirəyə qatılmayıb.

Şikayətlər üzrə Komissiya həmin məqamları, «Azadlıq» qəzetinin eyni zamanda Azərbaycan Mətbuat Şurasının tövsiyyə və iradlarından nəticə çıxarmamasını əsas götürərək mətbu nəşrə MŞ-nin xəbərdarlığının elan olunması barədə rəyə gəlib. Məsələ ilə əlaqədar yekun qərar Şuranın İdarə Heyətində aparılacaq müzakirələrdən sonra qəbul ediləcək.

İclasda «Qanun: izah və şərhlər» qəzeti ilə bağlı məsələnin MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında da araşdırılması məqsədə uyğun sayılıb. Şikayətçi - Sabirabad Rayon İcra Hakimiyyətinin şöbə müdiri İlham Əsgərov tərəfindən təqdim olunan materiallar və müzakirənin gedişi buna əsaslar verib.

Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin «Yeni xəbər» qəzeti ilə əlaqədar müraciətinə baxılması komissiyanın tərəflərə iradları ilə yekunlaşıb. Nəşrin baş redaktoru İlqar Salmanlının nəzərinə çatdırılıb ki, bu sayaq anonsların verilməsində və mövzu ilə bağlı sonradan nəşr olunan materialda AJPDQ-nın tələbləri gözlənilməyib. Agentliyə isə media ilə işin təşkilinin təkmilləşdirilməsi tövsiyyə olunub.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »