Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
ABŞ Səfirliyinin mətbuat katibi Azərbaycan Mətbuat Şurasında olub

Ölkədə söz və mətbuat azadlığının mövcud vəziyyətinə dair fikir mübadilələri aparılıb

Bu gün ABŞ Səfirliyinin mətbuat katibi Kis Bin Azərbaycan Mətbuat Şurasında olub. MŞ sədri Əflatun Amaşovla görüşən səfirlik təmsilçisi hazırkı vəzifəsinə artıq üç aydır ki, təyin olunduğunu bildirib. Bu müddət ərzində Azərbaycan mediası ilə bağlı ətraflı məlumat əldə etməyə üstünlük verdiyini deyən cənab Bin görüşün bu baxımdan da məhsuldar keçəcəyinə inamını vurğulayıb.

 

MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə danışıb. Onun sözlərinə görə, ölkə jurnalistlərinin 2003-cü ilin martında baş tutan I qurultayında yaradılan Mətbuat Şurası ötən müddətdə istər media peşəkarlığının artırılmasına, istərsə də mətbuatla dövlət qurumları arasında problemlərin həllinə yönələn müxtəlif işlər görüb. Postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə bu tipli təsisatın formalaşdırıldığını deyən Ə.Amaşov qurumun təcrübəsinin keçmiş sovetlər birliyi məkanı üçün vahid model kimi qəbul olunduğunu vurğulayıb.

 

Görüşdə müxtəlif dövrlərdə ABŞ Səfirliyi ilə Mətbuat Şurasının əməkdaşlığına, həmçinin Səfirliyin media ilə bağlı layihələrinə, ümumən ölkəmizdə, eləcə də dünyada söz və mətbuat azadlığının vəziyyətinə dair fikir mübadilələri aparılıb.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »