Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycanın bölgə mətbuatı nümayəndələrinin Türkiyəyə səfəri başlayır

Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında mərasim keçirilib

Ölkəmizin bölgə mətbuatı təmsilçiləri Türkiyəyə səfəri başlayır. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında mərasim keçirilib.

Toplantını açan MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, qardaş ölkənin Ankara, Konya və İstanbul şəhərlərinə səfər gerçəkləşdirəcək nümayəndə heyətinin üzvləri oradakı media vasitələrinə baş çəkmək, təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Səfərin təşkilatçılarının Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Mətbuat Şurasının olduğunu deyən sədr müavini diqqəti xoş məramın hər iki qurumun birgə hazırladıqları «Təcrübə mübadiləsi proqramı» çərçivəsində reallaşdığına yönəldib. O, Azərbaycanın bölgə mətbuatının da dünya media məkanına inteqrasiyasının vacibliyini önə çəkərək səfərin mövcud mənada xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Səfərin təşəbbüskarlarından olan Türkiyənin Qəzetəcilər və Yazarlar Vəqfinin ölkəmiz üzrə koordinatoru Mustafa Saatcı bildirib ki, belə bir aksiyanın gerçəkləşdirilməsi Azərbaycanın media təmsilçiləri ilə Türkiyənin jurnalistləri arasında əməkdaşlığın daha da möhkəmlənməsində, onların ümimi mənafelərin ifadəsi istiqamətindəki həmrəyliyinin güclənməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, 24-28 aprel tarixlərində həyata keçiriləcək səfərdə ölkəmizin Gəncə, Şəki, Masallı, Lerik, Ağstafa, Beyləqan və Quba rayonlarında fəaliyyət göstərən mətbuat orqanlarının nümayəndələri, eləcə də bir sıra aparıcı media vasitələrinin bölgə təmsilçiləri, təşkilatçı qurumların səlahiyyətli şəxsləri iştirak edəcəklər.



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »