Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında Elçin Mirzəbəylinin «Poz bu sükutu» kitabının təqdimatı keçirilib

Müəllifin 45 illik yubileyi qeyd olunub

Bu gün Azərbaycan Mətbuat Şurasında jurnalist, publisist və şair, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin «Poz bu sükutu» kitabının təqdimatı keçirilib. Müəllifin 45 illik yubileyinə həsr olunmuş mərasimi giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb.

Ə.Amaşov bildirib ki, E.Mirzəbəylinin fəaliyyəti çoxqütblüdür. Yaradıcılığında siyasət, publisistika, jurnalistika və poeziya ahəngli şəkildə, özünəməxsus tərzdə təmsil olunur. Təqdimatına toplaşılan kitab isə bizlərə onu daha çox gözəl ruhlu şair və dərin zəka sahibi olan publisist kimi tanıtdırır. «Elçin Mirzəbəyli yaradıcılığında ən ümdə məqam isə vətəndir, torpaqdır, Vətənə və torpağa hədsiz bağlılıq və bütöv Azərbaycan ruhudur. Onun baxışlarında Azərbaycan çox böyük bir məkandır. Ürəklərdə, qəlblərdə əbədi iz salan məkandır», - deyən Ə. Amaşov jurnalist-publisistə Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim edib.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü Aqil Abbas indiki zamanda insanları şerlə təəccübləndirməyin çətinliyini vurğulayıb. E.Mirzəbəyli isə öz poeziyası ilə nəinki təəccübləndirir, hətta həyata, mübarizəyə səsləyir. Fikrini müəllifin istiqlal hərəkatı zamanı yazdığı şerlərə üzərində cəmləşdirən A.Abbas Mirzəbəylini eyni zamanda dərin istedada malik vətənpərvər şair kimi də xarakterizə edib.

MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı «Salam məmləkət» çağırışı ilə yaradıcılıq yollarında addımlayan E.Mirzəbəylini həm köhnə, həm də yeni nəslin qəbul etdiyi şair, poeziya və publisistika adamı kimi dəyərləndirib. Şerlərinin müasir gəncliyimiz üçün önəm mühüm kəsb etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin duputatı Qüdrət Həsənquliyev E.Mirzəbəyli ilə tanışlığının tarixindən söhbət açaraq onun mübarizə yollarında etibarlılığını və sadiqliyini önə çəkib. Müəllifin şerlərinin düşündürücü mahiyyətindən bəhs edən Q.Həsənquliyev vətənə və torpağa bağlılığını həyat fəlsəfəsinin müstəsna xüsusiyyəti adlandırıb.

«Ədalət» qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay çıxışında diqqəti poeziyanın müxtəlif dövrlərdə müxtəlif şəxslər tərəfindən fərqli anlamlarda qəbul edildiyinə yönəldib. Onun cəmiyyətə çatdırılmasında şəxsiyyət amilinin vacibliyini qabardan xanım baş redaktor E.Mirzəbəylini həm də prinsipial baxışlara malik söz sənəti adamı kimi də tanıdığını deyib.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə E.Mirzəbəylini yaradıcılığı örnək səciyyə daşıyan şəxs kimi xarakterizə edib. Bu baxımdan yubilyarın milli ideologiya ruhu daşıyan nümunələrini xüsusi fərqləndirməyin zəruriliyindən söhbət açıb.

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid şerə maraq göstərən adamın güclü olduğunu önə çəkərək bildirib ki, hazırda dünyada aparılan siyasətin məğzində insanları poeziyadan uzaqlaşdırmağın dayandığına diqqət çəkib. Belə bir məqamda E.Mirzəbəyli yaradıcılığının güclülüyü və əzmkarlığı aşılamasının son dərəcə vacib əhəmiyyət daşıdığını deyib.

«Olaylar» qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz E.Mirzəbəylinin «Poz bu sükutu» kitabı ilə Azərbaycanın yaradıcılıq aləmində özü ilə bağlı olan sükutu pozacağına, yeni-yeni yaradıcılıq nümunələri ilə oxucularının görüşünə gələcəyinə əminliyini ifadə edib. Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas müəllifin bədii dünyagörüşünə düşündürücü ifadə tərzinin hakim kəsildiyini söyləyib. «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı isə E.Mirzəbəylinin şerlərindəki milli ruhlu çalarlara diqqət çəkərək yubilyarı yazdıqlarının əbədi yaşamaq hüququ qazanmış şair adlandırıb.

E.Mirzəbəyli yaradıcılığının müxtəlif aspektlərinə toxunun «Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli yubilyarı təkcə sənət adamı kimi deyil, eyni zamanda yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik şəxs olaraq səciyyələndirib. «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu E.Mirzəbəylinin şerlərinin və publisistikasının dərin məfkurə ruhu üzərində kökləndiyini vurğulayaraq bu köklənişin azərbaycançılıq ideologiyasının perspektivi baxımından vacibliyindən söhbət açıb. İctimai Televiziyanın departament rəhbəri Anar Yusifoğlu yubilyarı tanıyanların çoxunun onun özündən əvvəl şerlərinə bələd olduqlarını deyərək bu cəhətin sənət adamı üçün son dərəcə vacibliyini dilə gətirib. «Kulis.az» saytının redaktoru Tural Cəfərov (Qan Turalı) E.Mirzəbəyli yaradıcılığı üçün məfkurə ədəbiyyatının, eyni zamanda poeziyanın xarakterikliyindən söz açaraq ikinci istiqamətə daha çox üstünlük verdiyini deyib.

Sonda çıxış edən yubilyar tədbir iştirakçılarına təşəkkürünü bildirb. Təqdimat mərasimi E.Mirzəbəylinin «Poz bu sükutu» kitabındakı lirik şerlərdən kiçik parçalar söyləməsi ilə başa çatıb.

Qeyd edək ki, «Poz bu sükutu» kitabı müəllifin müxtəlif illərdə yazdığı şerlər, esselər və publisistik məqalələr toplusudur. İndiyədək üç kitab müəllifi olan E.Mirzəbəyli sonuncu dəfə oxucuların görüşünə 10 il öncə «İtirilmiş vaxtın adamı» kitabı ilə gəlib.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »