Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında Parlament seçkisi ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərəcək

Seçki günü Mətbuat Şurasının monitorinq qrupu da xüsusi rejimdə işləyəcək

Azərbaycan Mətbuat Şurasında noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar olaraq “qaynar xətt” təşkil ediləcək. Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri saat 08.00-dan 19.00-dək bu rejimdə işləyəcək. MŞ 11.00, 14.00, 17.00, 20.00 saatlarında “qaynar xətt”-in fəaliyyəti ilə bağlı ictimaiyyətə məlumatlandıracaq.

“Qaynar xətt”-in yaradılmasından məqsəd jurnalistlərin seçkidə peşə fəaliyyətlərini sərbəst yerinə yetirmələrinə kömək göstərməkdən, bununla bağlı mümkün maneələrin operativ surətdə aradan qaldırılmasını təmin etməkdən ibarətdir. 

“Qaynar xətt”-ə daxil olan faktların araşdırılması üçün müvafiq qurumlarla əlaqələr yaradılacaq. Həmçinin zəruri hallarda Şuranın əməkdaşlarından ibarət qrup konkret hadisə yerinə göndəriləcək. 

Bununla yanaşı seçki günü Mətbuat Şurasının monitorinq qrupu da xüsusi rejimdə işləyəcək. Qrupun nümayəndələri və MŞ-nin İdarə Heyətinin üzvləri paytaxtdakı və bölgələrdəki seçki dairələrinə baş çəkəcək, jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrini, prosesi işıqlandırmalarını yaxından izləyəcək, onlar üçün yaradılan şəraitlə tanış olacaqlar. 

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası “qaynar xətt”-in, habelə  qurumun monitorinq qrupunun məlumatları əsasında jurnalistlərin seçkidə iştirakına dair hesabat hazırlayacaq. Jurnalistlər seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində  yarana biləcək problemlərlə bağlı Mətbuat Şurasının “qaynar xətt”-nə müraciət edə biləcəklər.  


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »