Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri Əflatun Amaşov Brüsseldə səfərdədir

-

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısında iştirak üçün Belçikanın paytaxtı Brüsseldə səfərdədir. Sabahdan öz işinə başlayacaq toplantı iki gün davam edəcək.

MŞ sədri Ə.Amaşovun məruzə ilə çıxış edəcəyi tədbirdə Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının iş prisnsipləri, həmçinin qitədə və dünyada söz azadlığının vəziyyəti, mövcud sahədəki tendensiyalar, internet media sahəsində tənzimləmə məsələləri müzakirə olunacaq.


Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı ilə yanaşı Brüsseldə postsovet ölkələrinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin də illik toplantısı keçirilir. Hazırda şəbəkəyə Azərbaycan sədrlik edir. Ə.Amaşov şəbəkənin ötən bir ildə gördüyü işlər barədə məruzə edib. Qurumun icraçı katibi, MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə çıxışında üzv təşkilatların qarşılıqlı əlaqələri inkişaf etdirməsi istiqamətindəki mümkün variantlardan söz açıb.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »