Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Fikrət Mursaqulov Fondunun «Ümid işığı» mükafatının təqdimatı keçirilib

Fikrət Mursaqulov Fondunun «Ümid işığı» mükafatı G.Paçxataşviliyə təqdim olunub

Bu gün Azərbaycan Mətbuat Şurasında Fikrət Mursaqulov Fondunun «Ümid işığı» mükafatının təqdimatı keçirilib.

 

Mətbuat Şurası ilə Fikrət Mursaqulov Fondunun birgə təşkilatçılığı ilə baş tutan toplantını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, ötən əsrin 80-ci illərində fəal poetik, publisistik və elmi yaradıcılıqla məşğul olmuş F. Mursaqulov gözdən əlilliyinə baxmayaraq, dəyərli sənət nümunələri ərsəyə gətirməsi ilə dostlarının, onu tanıyanların yaddaşında əbədi iz buraxıb. Yüksək istedadı, mənəvi keyfiyyətləri, eləcə də jurnalistikaya hədsiz bağlılığı F. Mursaqulovun adının əbədiləşdirilməsi ideyasında başlıca motivi təşkil edib: «Fikrət Mursaqulov işığa həsrət adam idi, amma o, işıqlı adam idi. Təsadüfi deyil ki, Fikrətin həyat və yaradıcılığı ilə bağlı bu günlərdə təqdimatına toplaşdığımız kitabın adı da məhz «İşıq əlifbası» adlanırdı. O işıq insanları həyata səsləyirdi, nikbin olmağa çağırırdı, ruhdan düşməməyi təlqin edirdi. Fikrətin yaradıcılığı üçün də bu motiv son dərəcə mühüm əhəmiyyət kəsb edirdi».

 

Fikrət Mursaqulov Fondunun sədri, «Xalq qəzeti»nin şöbə müdiri İlham Abbasov bildirib ki, dünyanın hər yerində fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində işlər gedir, məsələ daim aktuallığını saxlayır. Buna zərurət təkcə qayğı göstərmək niyyətindən irəli gəlmir. Həmin adamların yaşayıb yaratmasına ehtiyac da duyulur. Fəaliyyəti cəmiyyət üçün zəruri olan yaradıcı şəxslərdən biri də jurnalist-publisist, şair Fikrət Mursaqulov olub.

 

F. Mursaqulov Fondunun fəaliyyət göstərəcəyi istiqamətlər barədə məlumat verən İ. Abbasov bildirib ki, qurumun başlıca məqsədi fiziki qüsuru olan yaradıcı şəxslərin, xüsusən də jurnalistlərin əməyinin stimullaşdırılmasından ibarətdir. O, təşkilatın «Ümid işığı» mükafatını məhz bu məqsədlə təsis etdiyini də diqqətə çatdırıb: «Qərara almışıq ki, mükafat hər il Fikrətin ad günü ərəfisində təqdim olunsun. Təkcə jurnalistikada deyil, digər yaradıcı sahələrdə çalışan şəxslərə də bu mükafatın verilməsi nəzərdə tutulur. İlk laureat isə hamımızın yaxşı tanıdığı, şair-publisist Giya Paçxataşvilidir. Uzun illərdir, Azərbaycanda fəaliyyət göstərən, gürcü millətinin nümayəndəsi olan Giya həm yaradıcılığı baxımından gerçək Azərbaycançıdır, həm də həqiqi dostdur, cəfakeş insandır.  Fikrətin dami yanında olub,  ona heç kəsin göstərə bilməyəcəyi qayğını göstərib. Buna görə də belə düşündük ki, Giya Fikrət Mursaqulovun adı ilə bağlı mükafatın ilk laureatı olmağa hər tərəfdən haqqı çatan insandır».

 

Bundan sonra Fikrət Mursaqulov Fondunun «Ümid işığı» mükafatı G.Paçxataşviliyə təqdim olunub.

 

Tədbirdə çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvləri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Araşdırmaçı Jurnalistlər Liqasının sədri Qafar Çaxmaqlı, Bakı Slavyan Universitetinin professoru Nizami Tağısoy, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, «525-ci qəzet»in baş redaktor müavini Yusif Rzayev, müəllim, şair Famil Hacısoy, «Paralel» qəzetinin əməkdaşı Firidun Orucov, «Bakı xəbər» qəzetinin baş redaktor müavini Cəlil Həsənov, «Bahar» jurnalının baş redaktoru Ruhiyyə Əliyeva və başqaları Fikrət Mursaqulov Fondunun yaradılmasını müsbət addım kimi dəyərləndirərək qurumun fiziki qüsuru olan yaradıcı şəxslərin əməyinin stimullaşdırılmasında müstəsna rol oynayacağına ümidvar olduqlarını bildiriblər. Onlar cəmi 34 il ömür sürmüş F.Mursaqulovla bağlı xatirələrini də bölüşüblər. Fikrəti həddən artıq həyatsevər, dostluğa sadiq adam kimi səciyyələndiriblər.

 

Qeyd edək ki, F. Mursaqulov 1955-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1980-ci ildən ömrünün sonunadək Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nəşriyyatında baş redaktor vəzifəsində çalışıb.

 

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »