Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Komissiya üzvləri 5 şikayətin araşdırılması razılığına gəliblər

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ sədri Əflatun Amaşov müzakirəyə tövsiyə olunan müraciətlər barədə məlumat verdikdən sonra iclasın gündəliyi müəyyənləşdirilib. Komissiya üzvləri 5 şikayətin araşdırılması razılığına gəliblər. 

Öncə tarixçi-jurnalist Təranə Cəbiyevanın «Azadlıq» qəzeti ilə bağlı müraciətinə baxılıb. Şikayətçi mətbu nəşrin 19 sentyabr 2013-cü il tarixli sayında həmin kütləvi informasiya vasitəsinin araşdırma qrupu tərəfindən təqdim olunan «Əmircanın iki yaşıd abidəsi» sərlövhəli yazıda plagiata yol verildiyini, bununla da müəlliflik hüququnun pozulduğunu deyib. T.Cəbiyeva iddiasını sözügedən məqalədəki fikirlərin ona məxsus «XIV əsrin yadigarı Əmirhac türbəsi dağılmaq üzrədir» sərlövhəli yazıda («Azərbaycan» qəzeti, 22 noyabr 2009-cu il) əvvəllər yer aldığını və istinad mənbəyinin göstərilməməsi ilə əsaslandırıb. «Azadlıq» qəzetinin redaktoru E.Şirinov şikayət doğuran nümunənin bir yerində mənbənin haradan götürülməsi barədə məlumatı diqqətə çatdırıb. Lakin komissiya üzvləri bunu yetərli saymayıblar. Çıxarılan rəydə qəzetin «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın «Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması» adlı 4-cü prinsipinin 4.6 bəndinin «Plagiat yolverilməz hərəkətdir. Bütün hallarda ədəbi oğurluğun hər hansı forması qəbuledilməzdir. Jurnalist müəlliflik hüquqlarına və müəlliflik hüquqlarına dair müqavilələrin şərtlərinə hörmətlə yanaşmalıdır. Jurnalist media vasitələrindən götürməklə istifadə etdiyi bütöv materiallar və ya qısa çıxarışların mənbələrini hər bir halda göstərməlidir. Jurnalist digər media vasitələrində dərc olunmuş bütöv materiallardan və ya geniş həcmli çıxarışlardan təkrarən istifadə etdikdə, mütləq müvafiq müəllif və media vasitələrini xəbərdar etməli və həmin mənbələri göstərməlidir» tələbini pozduğunu müəyyənləşdirilib. 

«Yüksələn Azərbaycan» qəzeti ilə əlaqədar müraciətlər isə eyni kontekstdə araşdırılıb. Bu, Xəzər Telefon Qovşağı və Sabunçu Telefon Qovşağının şikayətlərindəki motivlərin bir-birini tamamlaması ilə əsaslandırılıb. Baş redaktor Kifayət Vəliyevaya qəzetdə rabitə sistemi ilə əlaqədar gedən məqalələrin bir qayda olaraq balans gözlənilmədən, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilmədən və etik prinsiplərin əksər bəndlərinin tələbləri gözlənilmədən təqdim etdiyi, nəticədə qurumların rəhbərlərinin işgüzar nüfuzuna xələl gətirən fikirlərin yayımlandığı və digər hallar irad tutulub. Komissiyanın «Yüksələn Azərbaycan» qəzetinə Mətbuat Şurasının xəbərdarlığının olunmasının əsaslandırıldığı rəyində göstərilib ki, qəzetin fəaliyyətində «reket jurnalistika»ya xas cəhətlər var və əgər mətbu nəşr belə halları aradan qaldırmasa, barəsində daha kəskin ölçü götürüləcək. 

İclasda azerinfo.az xəbər portalının və «Zaman press» qəzetlərinin də fəaliyyətindəki nöqsanların Mətbuat Şurasının onlara xəbərdarlığının edilməsinə əsaslar  verdiyi qənaətinə gəlinib. Laçın Rayon Əhalinin Sosial Müdfiəsi Mərkəzinin saytla, Göygöl Rayon Mərkəzi Xəstəxanısının şöbə müdiri Mətanət Rəsulovanın «Zaman press» qəzeti ilə bağlı şikayətləri araşdırılarkən onların nəzərinə çatdırılıb ki, müzakirələr zamanı səslənən irad və tövsiyələrə əməl olunmadığı təqdirdə hər ikisinin barəsində daha ciddi ölçü götürüləcək. 


 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »