Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında 22 iyul Milli Mətbuat Günü ilə bağlı görüş keçirilib

Veteran jurnalistlərlə görüş

Bu gün Azərbaycan Mətbuat Şurasında veteran jurnalistlərlə görüş keçirilib. MŞ-nin Ahıl Jurnalistlər Məclisinin xəttilə düzənlənən və 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş tədbiri Şura sədri Əflatun Amaşov açıb. O bildirib ki, ölkəmizdə son 15 ildə Milli Mətbuat Gününün keçirilməsi əlamətdar hal alıb. Milli-mədəni oyanışa təkan vermiş, dövlət müstəqilliyimizin qazanılmasında səfərbəredici rol oynamış jurnalistikamızın tarixi xidmətlərindən söz açan Ə.Amaşov veteran qələm sahiblərinin mətbu irsimizin zənginləşməsindəki rolunun böyük olduğunu vurğulayıb. Onların əməyinin qiymətləndirilməsi sahəsində görülən işlərin rəhbərlik etdiyi qurumun daim diqqət mərkəzində dayandığını önə çəkib.

 

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov məclisin ictimai fəallığının daha da artdığını diqqətə çatdırıb. O, ölkə Prezidenti cənab İlham Əliyevin veteran jurnalistlərə qayğı göstərilməsini nəzərdə tutan işlərə dəstək verməsindən razılığını dilə gətirərək bildirib ki, Ahıl Jurnalistlər Məclisi həyatını jurnalistikaya bağlayan insanların zəruri qayğılarının həllini reallaşdırmaqla yanaşı, təcrübələrinin gənc nəslə çatdırılmasını da həyata keçirən fəaliyyət xəttinə malikdir.

 

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli sıralarında həm müəllimləri, həm də vaxtilə tələbə olmuş dəyərli qələm sahiblərini birləşdirən məclisin keçmişə ehtiram mənasında daşıdığı missiyanın mühüm cəhətlərinə toxunub.

 

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışlarında canlı jurnalistika məktəbi olan veteran qələm sahiblərinə diqqətin zəruriliyini əsaslandırıblar.

 

Ahıl jurnalistlər adından çıxış edənlər - Telman Qarayev, Hökumə Əliyeva, Bəbir Hüseynov, Şakir Yaqubov və başqaları müxtəlif illərdəki fəaliyyətlərinin spesifik tərəflərindən söz açıblar. Onlar yaşlı yazarlara diqqət göstərilməsindən razılıqlarını ifadə ediblər.

 

Görüşün sonunda ahıl jurnalistlərə Azərbaycan Mətbuat Şurasının bayram hədiyyələri təqdim olunub.

 

 


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »