Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında türkiyəli jurnalistlərlə görüş keçiriləcək

Görüşdə «Radikal», «Hürriyyət», «Hurriyyət Daily News», «Todays Zaman», «Zaman» və «Star» kimi nüfuzlu qəzetlərinin nümayəndələri iştirak edəcək

İyulun 18-də saat 12.00-da Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə səfərdə olan media təmsilçiləri ilə görüş keçiriləcək. Qardaş ölkənin «Radikal», «Hürriyyət», «Hurriyyət Daily News», «Todays Zaman», «Zaman» və «Star» kimi nüfuzlu qəzetlərinin nümayəndələrinin qatılacaqları toplantıda həmçinin MŞ İdarə Heyətinin üzvləri, ölkəmizin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edəcəklər. 

Qeyd edək ki, türkiyəli jurnalistlərin səfəri Azərbaycanın Türkiyədəki Səfirliyinin təşəbbüsü ilə həyata keçirilir. Səfərdən məqsəd ölkəmizin tarixi, mədəniyyəti, dövlətçilik ənənəsi, iqtisadi potensialı barədə bilgilərin, ən əsası isə Dağlıq Qarabağ problemi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılmasına dəstək göstərməkdir. İyulun 22-dək davam edəcək səfər çərçivəsində qonaqların müxtəlif KİV redaksiyalarında görüşlərinin təşkili də nəzərdə tutulur.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »