Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası Azərbaycan Tələbələr Birliyi ilə birgə təlim məşğələlərə başladı

İlk mövzu “Mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr” idi

Bu gün Mətbuat Şurası və Azərbaycan Tələbələr Birliyinin (ATB) birgə təşəbbüsü əsasında gerçəkləşəcək təlim məşğələlərinə start verilib. İlk məşğələ “Mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr”  mövzusunu əhatə edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirakçıları salamlayaraq, gənclərin bu mövzu ilə maraqlanmalarını, təşəbbüslər göstərmələrini yüksək qiymətləndirib: “Gənclərin mətbuatla, ümumilikdə media ilə maraqlanmaları, yeni ideyalarla çıxış etmələri bizi çox sevindirir. Mətbuat Şurası mövcud istiqamətdə gənclərə dəstəkləməyə hazırdır”.

Ə.Amaşov çıxışında PR və İctimaiyyətlə əlaqələrin tarixindən söhbət açıb: “Təqribən 10 il öncə, Azərbaycanda PR və İctimaiyyətlə əlaqələrin sistemləşdirilərək, universitetlərdə tədris kursu kimi keçilməsi təşəbbüsü ilə çıxış etdik. Sevindirici haldır ki, artıq bir neçə universitetdə bu sahə ayrıca fənn kimi tədris edilir. Hazırda internetin həyatımıza sürətli nüfuzu, ənənəvi mediada olduğu kimi, yeni mediada da PR və İctimaiyyətlə əlaqələr işinin düzgün qurulması, inkişaf perspektivlərinin müəyyənləşdirilməsini tələb edir. Facebook, twitter və. s kimi sosial şəbəkələr bu sahənin xeyli inkişaf etməsinə zəmin yaradır.”

Ə.Amaşov informasiyanın ötürülmə üsulları, mətbuat konfranslarının, brifinqlərin təşkili, press- relizlərin yazılması və yayılması haqda nəzəri məlumatları da iştirakçılarla bölüşüb.

Tədbirdə ekspert qismində çıxış edən “Azərsun Holdinq”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov daha çox, PR və İctimaiyyətlə əlaqələrlə bağlı praktik məqamlara diqqəti yönəldib. “Azərsun Holdinq”in yaranma tarixindən söhbət açan A. Səfərov PR və ictimaiyyətlə əlaqələrin onların fəaliyyətində xeyli önəm kəsb etdiyini dilə gətirib: “Əgər istehsal varsa, istehlak da olmalıdır. Lakin istehlakın istənilən səviyyədə olması üçün düzgün strategiya, ictimaiyyətlə işləmə mexanizmi və məlumatlandırma texnologiyası qurulmalıdır. Bu baxımdan mövzu çox əhəmiyyətlidir.

25  tələbənin qatıldığı təlim məşğələ PR nədir, PR və İctimaiyyətlə əlaqələrin qurulması, PR-dan məqsədyönlü istifadənin yolları, bu işin aparılması kimi mövzularla davam etdirildi.

Sonda Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov Azərbaycan Mətbuat Şurası ilə birgə əməkdaşlıqdan məmnunluq duyduğunu, bunun tələbə-gənclərin ictimai əhəmiyyət daşıyan mövzulardakı aktivliyinin artmasına müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, Mətbuat Şurası və Azərbaycan Tələbələr Birliyinin birgə təşəbbüsü nəticəsində baş tutan təlim məşğələlərin əsas məqsədi gənclərin müxtəlif mövzularda bilik və bacarıqlarının artırılmasıdır. Bu işdə yerli və xarici mütəxəssislərin köməyindən istifadə olunacaq. Silsilə xarakterli təlim-məşğələlərin hər ay təşkili nəzərdə tutulub.

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »