Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası APA-nı təbrik edib

-

Azərbaycan Mətbuat Şurası APA-ya fəaliyyətə başlamasının 12 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

“Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra bir çox sahələrdə əldə edilən dinamik inkişaf kütləvi informasiya vasitələrinin fəaliyyətinə də təsirsiz ötüşmədi. İşini zamanın tələbindən irəli gələrək quran, obyektivliyi, dəqiqliyi və operativliyi fəaliyyət meyarı kimi müəyyənləşdirən media orqanlarımız yarandı. Onlar həm ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahədəki məsələlərin peşəkarlıqla təqdimatını, həm də keçmiş sovet mətbuatına xas qəlibləri sındırmağı başlıca hədəf seçdilər. İnformasiya texnologiyalarının sürətli inkişafı mövcud tendensiyaya yeni çalarlar gətirməklə mediamızın müstəqillik dövrü tarixində tamamilə yeni səhifə açdı. 12 yaşını qeyd edən Azəri Press Agentliyi də məhz həmin mərhələnin əsasını qoyan kütləvi informasiya vasitələrimizdəndir.

APA-nın ötən 12 ildəki fəaliyyəti onu deməyə əsas verir ki, Azərbaycanın media məkanında, ümumən ictimai mühitində oturuşmuş mövqeyə, sanballı çəkiyə məxsus media orqanı mövcuddur. Bu mənada o, bənzərsiz və təkrarsızdır. İnformasiya agentliyinin məhsulları yalnız Azərbaycan auditoriyasına ünvanlanmır. Agentlik 5 dildə yayımlanmaqla ölkəmizlə bağlı etibarlı bilgi qaynağı kimi qəbul olunur. 12 illik qısa zaman kəsiyində belə bir statusa yiyələnmək çox çətindir. Bu status təcrübəsini, yaradıcılıq keyfiyyətlərini yüksək təşkilatçılıq qabiliyyəti ilə bir araya gətirməyi bacarmış Vüsalə Mahirqızı başda olmaqla bütövlükdə “APA Holdinq”in əzmkar kollektivinin gərgin əməyinin, axtarışlarının nəticəsi və mükafatıdır. Qloballaşma dövründə informasiyanın hansı mühüm əhəmiyyət daşıdığını düşünsək, bu status eyni zamanda Vətənimiz Azərbaycan üçün son dərəcə vacib missiyadır.

Azərbaycan Mətbuat Şurası hər zaman missiyasına sadiq olan APA-nı fəaliyyətə başlamasının 12 illiyi münasibəti ilə təbrik edir, informasiya agentliyinin rəhbərliyinə və hər bir əməkdaşına səmimi arzu və istəklərini diləməkdən məmnunluq duyur.

Əziz həmkarlar, 12 illik fəaliyyət müddətiniz əbədi varlığa, bitmək-dükənmək bilməyən uğurlara gedən yolunuza işıqdır. Uğurlarınız bol olsun! Azərbaycan var olduqca, var olun!

 


 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »