Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında Yunus Oğuzun “Əmir Teymur” romanının “Zirvəyə doğru” birinci kitabının təqdimatı keçirildi

Müəllif “Həqiqətə xidmətlərinə görə” mükafatına layiq görüldü

Bu gün Azərbaycan Mətbuat Şurasında jurnalist, yazıçı, publisist, “Olaylar” İnformasiya Agentliyinin və eyni adlı qəzetin rəhbəri Yunus Oğuzun “Əmir Teymur” romanının “Zirvəyə doğru” birinci kitabının təqdimatı keçirilib. 

Mərasimi MŞ sədri Əflatun Amaşov açıb. O bildirib ki, dünən Özbəkistandan qayıdıb, orada düzənlənən “Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi” beynəlxalq konfransının iştirakçısı olub. “Tədbir çərçivəsində bizi Şərqin incilərindən sayılan Səmərqənd şəhərinə də apardılar. Orada Əmir Teymurun məzarını ziyarət etdim, “Şahe-zində” kimi bənzərsiz abidələrə, qədim və orta tarixi özündə yaşadan yerlərə baş çəkdim. Müxtəlif yaşlı insanlarla söhbətləşdim. Məndə bir daha yəqinlik yarandı ki, gördüklərim və eşitdiklərim yazıçı, publisist Yunus Oğuzun romanda qələmə aldıqlarını təsdiqləyən əyani nümunələrdir” –deyib.

Şura sədri əlavə edib ki, “Əmir Teymur” Y. Oğuzub ilk kitabı deyil. Onun indiyədək işıq üzü görən on əsərindən dördü tarixi mövzudadır. Yazıçının “Atilla” pyesi, “Nadir şah” , “Təhmasib şah” romanlarında da eyni dəsti-xəttə sədaqət duyulur. Məhz bunu əsas götürərək qərara almışıq ki, Mətbuat Şurasının və Dialoq Avrasiya Platformasının birgə təsis etdiyi “Həqiqətə xidmətlərinə görə” mükafatının təqdimatına Y.Oğuzla başlanılsın.

Sonra söz Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəsi Mustafa Saatçıya verilib. O bildirib ki, mükafatın təsisi təklifi Mətbuat Şurasından gəlib, fikrimiz üst-üstə düşüb. Bu mükafat hər il Avrasiya məkanında həqiqətə xidmət edən yazarlara təqdim olunacaq. M. Saatçı Yunus bəyi tarixi həqiqətlərin oxuculara çatdırılmasında görkəmli xidmətləri olan qələm sahibi kimi xarakterizə edib. “Oğuz ismindən qürur duydum” –deyən Mustafa bəy müəllifin əsərlərində bu ənginliklərə baş vurularkən tarixi həqiqətlərə üz tutulduğunu vurğulayıb. Kitaba ön söz yazan filologiya elmləri doktoru, professor Nizami Cəfərovun Dialoq Avrasiya Platformasının Azərbaycan Milli Komitəsinin sədri olduğuna diqqəti çəkib. Müəllifə yaradıcılıq uğuru münasibətilə təbriklərini yetirən M. Saatçı Şura sədri ilə birlikdə ona mükafatı təqdim edib.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “ Sovet dövründə tarixi şəxsiyyətlərə münasibətdə əsl həqiqətlər arxada qalırdı. Onda məqsəd rəsmi ideologiyaya xidmət idi. Yunus Oğuzun isə əsərləri tarixə yeni, müstəqil Azərbaycan yazarının baxışıdır. Onun hələ “Atilla”sı ilə tanışlıq göstərirdi ki, mövzuya bələddir, kifayət qədər informasiyay malikdir” –deyib.

MŞ İdarə Heyətinin digər üzvlərinin də çıxışlarında müəllifi və əsəri səciyyələndirən müxtəlif cəhətlərə toxunulub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu birgə mükafatın təqdimatını qanunauyğun məsələ adlandırıb. O, kitabın adının “Əmir Teymur” kimi verilməsini məntiqi sayıb. Bunu indiyədək belə görkəmli şəxsiyyətə bəzi xarici ölkə yazarlarının yanaşmasındakı aşağılayıcı münasibətə ötkəm cavab kimi dəyərləndirib. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə uşaqlığının Əlincə qalasının ətrafında keçdiyini vurğulayaraq, Yunus Oğuz realistliyinin orayla bağlı lövhələrdən də boylandığını söyləyib. “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas müəllifin müasir Azərbaycan yazarlarının çoxundan müsbət mənada fərqləndiyini dilə gətirərkən haşiyə çıxıb ki, Y. Oğuz cəsarəti, vətənpərvərliyi həm də onun xalqımızın milli -azadlıq hərəkatın fəal iştirakçısı olmasından qaynaqlanır. “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə qənaətə gəlib ki, Azərbaycan, Türk tarixinin öyrənilməsi sahəsindəki boşluğun aradan qaldırılması baxımından roman xüsusi əhəmiyyətə malikdir.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, tarix təkcə quru faktlardan, statistik rəqəmlərdən ibarət deyil. Romanda dövrün mənzərəsi real cizgilərlə təqdim olunub. “Unikal” qəzetinin redaktoru Eldəniz Elgün də bu fikrə şərik çıxaraq digər çalarlara toxunub. Əmir Teymurun dövlət qurucusu kimi dolğun obrazını yaradan müəllifin nağılçılığa yox, reallığa üz tutduğunu söyləyib. Əsərdəki folklor nümunələrinin isə mədəniyyət sahəsinə xas özəlliklərin açılmasına xidmət göstərdiyinə diqqəti çəkib.
“Assa-İradə” İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas Y. Oğuzun bu əsəri yazmaqla üzərinə ağır məsuliyyət götürdüyünü , “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu müəllifin Azərbaycan, türk oxucusuna hansı Əmir Teymurun lazım olduğunu bilərək bu əsəri yazdığını, “Qərbin səsi” qəzetinin baş redaktoru İnşallah Hüseynov hökmdarın həm də bərbaedici şəxsiyyət olduğunu söyləyiblər.

Mərasimin sonunda Yunus Oğuz çıxış edərək mükafata görə Mətbuat Şurasına və Dialoq Avrasiya Platformasına təşəkkürlərini bildirib.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »