Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Türkiyəli media nümayəndələri Qubada olublar

-

Bakıda Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiaşfına Dövlət Dəstəyi Fondunun, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin, TRT-nin və Anadolu Agentliyinin ölkəmizdəki nümayəndəliklərinin təşəbbüsü ilə keçirlmiş «Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid» mövzusundakı konfransa qatılmış türkiyəli media təmsilçiləri Qubada olublar.

Azərbaycan Mətbuat Şurasının, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat müşavirliyinin və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin nümayəndələrinin qatıldıqları səfər çərçivəsində öncə Ümumilli Lider heydər Əliyevin abidəsi ziyarət edilib. Ardınca Quba Şəhər İcra Hakimiyyətində görüş keçirilib. MŞ sədri Əflatun Amaşov Ankara Qazi Universitetinin jurnalistika fakultəsinin dekanı Zakir Avşarın, «haber7.com» saytının rəhbəri İbrahim Ərdoğanın, eləcə də digər türkiyəli media nümayəndələrinin bilik və təcrübələrinin önəmini vurğulayaraq onların Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasına müvafiq köməklik göstərəcəklərinə əminliyini bildirib.

Qonaqları salamlayan Quba şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev rəhbərlik etdiyi bölgənin xarakterik xüsusiyyətləri barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycanın qədim diyarlarından olan Quba 1918-ci ildə erməni-daşnaq qüvvələrinin törətdikləri misilsiz vandalizm aktlarının izlərini özündə yaşadan rayonlardan biridir. Bu baxımdan Qubadakı toplu məzarlıq barədə məlumat verən M.Ağayev həmçinin rayonda aparılan abadlıq və quruculuq işlərindən də söz açıb, iştirakçıların müxtəlif məsələlərlə bağlı suallarını cavablandırıb. Görüşdə türkiyəli media nümayəndələrinə Quba xalçası hədiyyə olunub.

Daha sonra türkiyəli qonaqlar Qubada 1918-ci ildə ermənilərin həyata keçirdikləri soyqırımın böyük tarixi abidəsi sayılan Quba məzarlığına və Quba Soyqırımı Memorial Kompleksinə baş çəkiblər. Burada onlara erməni daşnaq qüvvələrinin ötən əsrin ikinci onilliyinə təsadüf edilən soyqırım siyasətinin mahiyyəti və miqyası barədə geniş məlumat verilib. Bildilirib ki, Quba məzarlığındakı toplu qəbirlərdəki sümüklərin ekspertizası basdırılmış insanların xüsusi amansızlıqla qətlə yetirildiyini isbatlayır.

Mövcud istiqamətdəki diskussiyalar Quba şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Türkiyəli media nümayəndələri ilə Qubada və ətraf bölgələrdə fəaliyyət göstərən KİV təmsilçilərinin burada baş tutmuş görüşündə həmçinin ortaq faciələrimizin dünya birliyinə çatdırılmasının vacibliyi əsaslandırılıb. MŞ sədri Əflatun Amaşov, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edən Afət Həsənova, Ankara Qazi Universitetinin jurnalistika fakultəsinin dekanı Zakir Avşar, «haber7.com» saytının rəhbəri İbrahim Ərdoğan və başqaları çıxışlarında bildiriblər ki, qondarma «erməni soyqırımı»nın 100 illiyinin yaxınlaşdığı hazırkı şəraitdə erməni lobbi və diaspor təşkilatlarının fəaliyyətinə qarşı tutarlı adekvat addımlar atılmalıdır. Bu xüsusda «Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid» mövzusundakı konfransda Türkiyə və Azərbaycan jurnalistlərinə ünvanlanmış müraciətdən irəli gələn məsələlərə həssas yanaşılmalı, prosesə Azərbaycanın bölgə mediası tərəfindən də lazımi dəstək göstərilməlidir.



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »