Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı «dəyirmi masa» keçirilib

Tədbirdə Azərbaycanda söz və mətbuat azadlığı müzakirə olunub

Bu gün Azərbaycan Mətbuat Şurasının, YUNESKO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə Milli Komitəsinin təşkilatçılığı ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş «dəyirmi masa» keçirilib. Mətbuat Şurasında baş tutan toplantıda təşkilatçı qurumların rəhbər şəxsləri ilə yanaşı, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin, habelə jurnalist birliklərinin təmçilçiləri, media ekspertləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi ilə bağlı məlumat verib. O bildirib ki, BMT Baş Assambleyası 1991-ci ildə keçirilmiş YUNESKO Baş Konfransının 26-cı iclasının tövsiyələrinə əsaslanaraq 1993-cü ildə 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü elan edib. «Azərbaycanda da bu tarix özünəməxsus şəkildə qeyd edilməkdədir. Buna çox böyük önəm verilir. Hər il media ictimaiyyəti bu gün bir yerə toplaşaraq söz və mətbuat azadlığı sahəsindəki durumu nəzərdən keçirir, problemlərin aradan qaldırılması yollarını müəyyənləşdirir. Ümidvaram ki, toplantımızda səslənən fikirlər mövcud məqsədə çatmaq baxımından böyük əhəmiyyət daşıyacaqdır», - deyə o vurğulayıb.

YUNESKO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının rəhbəri Günay Əfəndiyeva bildirib ki, 3 may tarixi əsasən söz və mətbuat azadlığı sahəsində müsbət nəticələr əldə edən, bu prinsiplərə dəyər verən ölkələrdə böyük bayram kimi qeyd edilməkdədir. Ölkəmizdə də mövcud mənada irəliləyişlərin əldə edildiyini deyən G.Əfəndiyeva diqqəti medianın inkişafına yönələn dövlət tədbirlərinə çəkib. «YUNESKO-nun Azərbaycandakı media qurumları ilə münasibətləri artan xətt üzrə inkişaf etməkdədir. Ötən il biz qlobal iqlim dəyişmələrinin insanların həyatına təsirini nəzərə alaraq Mətbuat Şurası ilə birgə ekoloji mövzuda yazan jurnalistlər üçün seminarlar təşkil etdik. Bu ənənənin davamlılığında israrlıyıq», - deyən xanım Əfəndiyeva həmçinin tədbir iştirakçılarını BMT-nin və YUNESKO-nun 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş birgə müraciəti ilə tanış edib.

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə Milli Komitəsinin rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, hər il dünyada 3 may tarixinin çox böyük təmtəraqla qeyd olunur: «Bir neçə saatdan sonra YUNESKO və ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə dünyanın nüfuzlu media qurumlarının nümayəndələrinin qatılacağı geniş mərasim təşkil olunacaq. Belə tədbirlərdə dünyada söz və mətbuat azadlığının durumu geniş şəkildə nəzərdən keçirilir», - deyə o əlavə edib. Konkret statistik rəqəmlərə müraciət edən U.Rəhimoğlu həmçinin son on ildə dünyada 788 jurnalistin öldürüldüyünü və ən çox qətl hadisəsinin Pakistanda törədildiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli söz və mətbuat azadlığı məsələlərinin Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu bildirib. O, rəhbəri olduğu qurumun formalaşmasını və həyata keçirdiyi tədbirləri medianın fəaliyyətinin gücləndirilməsi və müstəqilliyinin dəstəklənməsi istiqamətində önəmli mərhələnin başlanğıcı kimi dəyərləndirib. KİVDF-nin ötən müddətdə reallaşdırdığı işlər barədə geniş məlumat verən icraçı direktor qurumun qarşıdakı planlarından da söhbət açıb.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna-Zerkolo» qəzetinin baş redaktoru Elçin Şıxlı Azərbaycanda medianın sərbəst, manesiz fəaliyyət göstərməsini nəzərdə tutan kifayət qədər liberal qanunvericilik bazasının mövcudluğunu bildirib. «İstənilən şəxs manesiz şəkildə qəzet təsis edə bilər. Təəssüf ki, biz bu gün bu azadlığın müsbət deyil, mənfi tərəflərindən danışmaq məcburiyyətindəyik. Mətbuatımızda çoxlu sayda təsadüfi simalar var ki, onların da fəaliyyəti söz və mətbuat azadlığı prinsiplərinin gerçək mənada cəmiyyətdə hökmranlıq etməsinə imkan vermir. Əlbəttə, digər səbəbləri də qeyd etmək vacibdir. İlk növbədə ədalətli rəqabət mühitinin hələ də bərqərar olmaması vurğulanmalıdır. Hesab edirəm ki, zaman keçdikcə media məkanımızdakı xoşagəlməz meyllər tədricən sıradan çıxacaq».

Çıxış edənlərdən «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, «Yeni zaman»-«Novoye vremya» qəzetinin baş redaktoru Şakir Ağayev, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Assa-İrada» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov, jurnalist Azər Həsrət və başqaları 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün dünyada böyük ictimai hadisə olduğunu vurğulayaraq Azərbaycan mediasının özünəməxsus inkişaf yolu ilə cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsində müstəsna rol oynadığını bildiriblər.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »