Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası və “Ulduz” Şokolad Fabrikinin birgə müsabiqəsi ilə bağlı mükafatlandırma mərasimi keçirilib

-

Bu gün Azərbaycan Mətbuat Şurasının “Ulduz” Şokolad Fabriki ilə birlikdə “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusunda kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri, “Ulduz” Şokolad Fabrikinin rəhbərliyi, aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları, media ekspertləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. O bildirilib ki, müsabiqənin məqsədi jurnalistlərin ölkəmizdə qida sanayesi ilə bağlı məsələləri işıqlandırmalarını stimullaşdırmaqdır. Şura sədri həmçinin belə müsabiqələrin jurnalistlərin müxtəlif sahələr üzrə ixtisaslaşmalarına dəstək baxımından vacibliyini önə çəkib. Rəhbərlik etdiyi qurumun bir sıra aidiyyatı təşkilatlarla mövcud istiqamətdə reallaşdırdığı birgə təşəbbüslərdən söz açıb.

İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli çıxışında jurnalistlərin peşəkarlığının artırılmasının vacibliyindən danışıb. C.Məmmədli bununla əlaqədar jurnalistika fakultəsində də müvafiq iş aparıldığını diqqətə çatdırıb. Mövcud prosesə dəstək baxımından müxtəlif istiqamətlərdə keçirilən müsabiqələrin əhəmiyyətini vurğulayıb.

Ulduz Şokolad Fabrikinin direktoru Vüsal Şərifov rəhbərlik etdiyi müəssisənin jurnalistlərlə daim təmasda olduğunu bildirib. Bu məqsədlə fabriklə əyani tanışlığın həyata keçirildiyini qeyd edən V.Şərifov iş prosesində şəffaflığın təminatını vacib şərt kimi dəyərləndirib. Mövcud xüsusda KİV-lə təmasların vacibliyini əsaslandırıb, eyni kursun gələcəkdə də davam etdiriləcəyini deyib.

MŞ-nin İdarə Heyətinin üzvü, BDU-nun professoru Nəsir Əhmədli müsabiqə iştirakçılarının təqdim etdiləri materialların qiymətləndirilməsi prosesindən söz açıb. Yazılarda müsabiqə üzrə nəzərdə tutulan kriteriyaların ödənildiyini diqqətə çatdıran N.Əhmədli KİV təmsilçilərinin spesifik sahəyə aid faktların təqdimatına kifayət qədər həssas yanaşdıqlarını bildirib, bununla bağlı konkret məqamlar üzərində dayanıb.

“Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışında milli qida sanayesinin inkişafındakı xüsusiyyətlərdən, bu sahənin zaman-zaman mətbuatda işıqlandırılmasına dair bir sıra cəhətlərdən söz açıb. Ulduz Şokolad Fabrinin bu sahəyə hazırkı dəstəyini yüksək qiymətləndirib.

Müsabiqədə qaliblər “Azərbaycanın qida sektorunun dünəni və bu günü: problemlər və perspektivlər”, “Dünya qida sənayesində qənnadı məmulatları: şokolad və karamel istehsalı”, “Ulduz şokolad fabrikinin Azərbaycanın qənnadı sənayesində yeri”, “Dünya şokolad bazarında Azərbaycan malı”, “Azərbaycanın iqtisadi inkişafında özəl sektorun payı” istiqamətləri üzrə müəyyənləşdirilib.

Müsabiqəyə yazı qəbulu 2014-cü il oktyabrın 25-dən noyabrın 25-dək həyata keçirilib. Təqdim edilmiş 48 yazı müsabiqə üzrə yaradılmış Münsiflər Heyəti tərəfindən qiymətləndirilib. Materiallardan biri I yerə (800 manat), ikisi II yerə (500 manat), üçü III yerə (300 manat), daha 17 yazı həvəsləndirici mükafata (100 manat) layiq görülüb.

Qiymətləndirmə prosesində materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsinə, faktlardan istifadə xüsusiyytələrinə və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, həmçinin qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə xüsusiyyətlərinə diqqət yetirilib.


Azərbaycan Mətbuat Şurasının “Ulduz” Şokalad Fabriki ilə birlikdə “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusunda  kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi
müsabiqənin laureatlarının

SİYAHISI

1-ci yer

Mənsur Cəfərov, “Olaylar” qəzeti

2-ci yerlər

Ulduz Babayeva, “Regionsesi.az” saytı (İnternyus-Azərbaycan)
Həbibə Abdulla, “Azadinform” İA

3-cü yer

Vüqar Əliyev, “Mədəniyyət” qəzeti
Rufik İsmayılov, “Kaspi” qəzeti
Orxan İsrafilov, “İki sahil” qəzeti


Həvəsləndirici mükafat

1.    Akif Nəsirli, “Paralel” qəzeti
2.    Bəybala Bəybalayev, “Respublika” qəzeti
3.    Əziz Mustafa, “Zaman Azərbaycan”
4.    Elçin Namazov, “İki sahil” qəzeti
5.    Günel Cəlilova, “Bakı xəbər” qəzeti
6.    İlkin Ağayev, “Palitra” qəzeti
7.    İradə Sarıyeva, “Bakı xəbər” qəzeti
8.    İsgəndər Həsənov, “525-ci qəzet”
9.    Mahir Abbaszadə, “Paralel” qəzeti
10.    Pərviz Sadayoğlu, “Yeni Azərbaycan” qəzeti
11.    Qabil Əliyev, “Xalq qəzeti”
12.    Rüfət Sultan, “Mövqe” qəzeti
13.    Samirə Səfərova, “Bakı xəbər” qəzeti
14.    Təbriz Vəfalı, “Həftə içi” qəzeti
15.    Vaqif Cəlil, “Bakı xəbər” qəzeti
16.    Yeganə Məmmədova, “veteninfo.az” saytı
17.    Mübariz Bayramov, “Mövqe” qəzeti


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »