Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Bişkekdə Türkdilli Ölkələrin və Toplumların III Media Forumu keçirilib

Növbəti - IV forumun da 2014-cü ilin oktyabrında Şimali Kipr Türk Cümhuriyyətində təşkili qərara alınıb

Noyabrın 8-9-da Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Ölkələrin və Toplumların III Media Forumu keçirilib. Türkiyə baş nazirinin köməkçisi Bəşir Atalayın və Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Sultan Rayevin qatıldığı forumda təşkilatçı ölkə ilə yanaşı, Türkiyədən, Azərbaycandan, Qazaxıstandan, Türkmənistandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiyanın Tatarıstan, Başqırdıstan, Saxa, Tuva, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Kosovadan, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Makedoniyadan, Bolqarıstandan, İraqdan, Yunanıstandan nümayəndələr qatılıblar. Toplantıda ölkəmizdən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, MŞ İdarə Heyətinin üzvləri - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, həmçinin «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, «Olaylar» İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının rəhbəri Sevil Yusifova iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Türkiyənin Mətbuat, Yayım və İnformasiya İdarəsinin rəhbəri Murad Karakaya, MŞ sədri Əflatun Amaşov, TÜRKPA-nın baş katibi Jandos Asanov, TÜRKKON-un baş katibi Xəlil Akıncı və Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Sultan Rayev türkdilli ölkə və toplumların birləşdirən media birliyinin əhəmiyyətindən söz açaraq keçirilən forumu bütövlükdə türk dünyasının həyatında mühüm ictimai hadisə kimi dəyərləndiriblər.

Ə.Amaşov bildirib ki, Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin yaranmasından sonra nəzərə çarpan iki mühüm cəhətdən biri qurumun müstəqil struktur kimi fəaliyyət göstərməsidir. Birinci və ikinci media forumları bu baxımdan əlamətdar olub. Xüsusən Bakıda baş tutmuş II forumda iştirakçıların say tərkibinin genişliyi, eyni zamanda səslənmiş fikirlərin əhatəliliyi nöqteyi-nəzərdən diqqəti çəkib: “Ötən iki ildə mərkəzi aparatı Ankarada yerləşən Türkdilli Ölkələrin və Toplumların Media Birliyinə sədrlik Azəraycana məxsus olub. Bu müddətdə yerli komitələrin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər görülüb. Eyni zamanda qurumun turkmep.org adlı internet portalı da yaradılıb. Ümumən qarşılıqlı media əməkdaşlığı hər bir türk toplumun qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir, istər-istəməz adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları da formalaşdırır. Türkdilli xalqların bir-biriləri barədə daha çox informasiyaya malik olmaları həmin maraqlara ən azından bilməyərəkdən zərər gətirilməsinin qarşısını alır”.

Sonra forum ayrı-ayrı mövzulara həsr olunmuş iclaslarla davam etdirilib. İlk olaraq texnoloji dəyişikliklərin formalaşdırdığı yeni medianın xüsusiyyətlərindən söz açılıb. İkinci iclas türk dünyasında medianın durumuna həsr olunub. Əsasən də sosial medianın cəmiyyətlərə təsir imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu mövzudakı diskussiyalarda Ə. Amaşov bildirib ki, yaşadığımız qlobal dünya söz və mətbuat azadlıqlarını mühüm şərt kimi irəli sürür. Son zamanlar internet media vasitələrinin sürətlə artması və sosial şəbəkələrin aktivliyi fonunda bu azadlıqlarda tamam fərqli meyllər nəzərə çarpmaqdadır. “Hesab edirəm ki, təşkilatımız bu kimi məsələlərə önəm verməli, yerli komitələrimiz mütəmadi şəkildə təmsil olunduqları bölgələrdə media azadlıqlarının durumu ilə bağlı hesabatlar təqdim etməlidirlər. Bu xüsusda növbəti cəhət dünyada söz və mətbuat azadlığı ilə bağlı nəzərə çarpan hadisə və proseslərə reaksiyaların təşkili olmalıdır. Belə olduqda bizlər dünya miqyasındakı demokratikləşmə proseslərinə də öz töhfəmizi vermiş olarıq. Həmçinin fundamental dəyərlərə münasibətdəki bəzi sui-istifadə hallarına qarşı da vahid mövqedən yanaşarıq” -deyə o vurğulayıb. Toplantının üçüncü iclasında media etikası məsələlərindən söz açılıb.

Forumun noyabrın 9-na nəzərdə tutulan iş planında tədbirin yekun bəyannaməsi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra qərara alınıb ki, gələcək qarşılıqlı əməkdaşlıqda ortaq tarix, dil, mədəniyyət amili əsas götürülməlidir. TÜRKMEP (Türkdilli media platforması) kimi rəsmiləşən təşkilatın TÜRK KENEŞİ, TÜRKPA, TÜRKSOY kimi qurumlarla əməkdaşlığı kontekstindəki işbirliyi genişləndirilsin. Həmçinin ifadə və mətbuat azadlıqlarına, medianın ortaq türk kimliyinin təbliğinə yönələn fəaliyyətinə dəstək göstərilsin, mövcud müstəvidə baş verən proseslərə reaksiya verilsin. Mühüm texnoloji vasitələrin mediaya təsiri ilə bağlı tendensiyalar diqqətdə saxlanılsın.

Tükrdilli Ölkələrin və Toplumların III Media Forumunda eyni zamanda quruma sədrliyin Azərbaycandan  Şimali Kipr Türk Cümhuriyyətinə keçməsi rəsmiləşib. Növbəti - IV forumun da 2014-cü ilin oktyabrında Şimali Kipr Türk Cümhuriyyətində təşkili qərara alınıb.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »