Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İstanbul Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib

Ə.Amaşov təşkilatın jurnalist kadrların hazırlığı ilə bağlı məsələlərə böyük önəm verdiyini vurğulayıb

Bu gün Azərbaycan Mətbuat Şurasında Türkiyənin İstanbul Universitetinin jurnalistika fakultəsinin ölkəmizdə səfərdə olan professor-müəllim heyəti ilə görüş keçirilib. 

Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Şuranın başlıca missiyasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarət olduğunu deyən Ə.Amaşov təşkilatın jurnalist kadrların hazırlığı ilə bağlı məsələlərə böyük önəm verdiyini vurğulayıb. «Bu məqsədlə təklif və təşəbbüslərimiz olub. İndi çalışırıq ki, ali məktəblərin jurnalistika fakultələrinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiqinə nail olaq. Hesab edirik ki, bu, peşəyə həqiqi mənada həvəsi olanların, gerçək maraq göstərənlərin müəyyənləşdirilməsi baxımdan əhəmiyyətli olacaq», - deyə o bildirib.

İstanbul Universitetinin jurnalistika fakultəsinin dekanı, professor Aydemir Okay təmsil olunduğu təhsil müəssisəsində jurnalistikanın tədrisinin spesifik xüsusiyyətlərindən söhbət açıb. O bildirib ki, Türkiyədə ümumən mediaya maraq güclü olduğundan gənclərin də fakultəyə axını yüksəkdir. Bu isə onlar arasında rəqabət mühitini daha da gücləndirir. Türkiyə mediasının xarakterik cəhətlərindən də söz açan A.Akay bəzi problem və çatışmazlıqların mövcudluğunu və onların aradan qaldırılması istiqamətində intensiv işlərin getdiyini vurğulayıb.

Qeyd edək ki, türkiyəli qonaqların ölkəmizə səfəri Qafqaz Universitetinin dəvəti ilə reallaşıb. Səfərdən məqsəd universitetdə yeni yaradılan jurnalistika bölməsinin işinin təşkilinə kömək göstərməkdir. Nümayəndə heyətinin tərkibinə A.Okayla yanaşı, İstanbul Universitetinin jurnalistika fakultəsinin dekan müavini Gulin Terek Unal, fakultənin müəllimləri Mete Camdereli, Arzu Kihdır, Vedat Dəmir, Murat İri daxildir.


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »