Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Niderlandda Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısı keçirilir

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə hesabatla çıxış edib

Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısı keçirilir. Noyabrın 4-5-də Niderlandın paytaxtı Amsterdamda baş tutan tədbirin ilk günü Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabatla çıxış edib.

Həmin gün konfransı açan Niderland təhsil, mədəniyyət ve elm naziri Marjan Hammersma iştirakçıları salamlayıb. Medianın özünütənzimləməsini önəmli cəhət kimi vurğulayan nazir mətbuat şuralarının bu istiqamətdəki rolunun böyük olduğunu deyib. Toplatıda 30-dan çox ölkənin hesabatı dinlənilib, şuraların fəaliyyətindəki oxşar və fərqli cəhətlər nəzərdən keçirilib.

MŞ sədri Ə.Amaşov rəhbərlik etdiyi qurumun yaranmasından, gördüyü işlərdən danışıb, xüsusən şikayətlərə baxılması sahəsindəki təcrübəsi, mövcud sahədəki statistik göstəricilər barədə ətraflı məlumat verib. Şura sədrinin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı ilə bağlı təqdimatı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Öncədən onlara paylanan sənəd ətrafında geniş müzakirələr aparılıb, müxtəlif təkliflər səslənib.

Toplantının bu günə nəzərdə tutulan iş planında mətbuat şuralarının internetlə, on-linela, facebookla bağlı vəzifələrinə dair məsələlər yer alıb. Bildirilib ki, indiyədək bu şəbəkə heç bir qurum tərəfindən idarə edilməyib və onlara azad istinad mənbəyi kimi yanaşılıb. Bu isə bəzən müəyyən təxribatçı məqsədlərin reallaşmasına gətirib. Xüsusilə bir sıra terror təşkilatlarinin, o cümlədən "Əl-qaidə"nin bu resurslardan öz məqsədləri üçün yararlanması ve digər belə məsələlər dünya mediasi ilə bağlı ciddi narahatlıq doğuran məqamlar kimi vurğulanıb. Mövcud situasiyada mətbuat şuralarının rolunun nədən ibarət ola biləcəyinə, həmçinin facebook sosial şəbəkəsinə nəzarətin mümkünlüyunə dair diskussiyalar aparılıb. Qərara alınıb ki, bu məsələlər Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının bu il Nepalda keçiriləcək toplantısında da müzakirəyə çıxarılsın. Müzakirələrə qatılan MŞ sədri rəhbərlik etdiyi qurumun bu kimi məqamlara həssaslıqla yanaşdığını, artıq bir saytla bağlı şikayətə baxdığını vurğulayıb.

Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısına MŞ sədri Ə.Amaşovla yanaşı, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) əməkdaşı Firudin Ağazadə də qatılıb.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »