Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında «Xarici ölkələrin jurnalistikası tarixi» kitabının təqdimatı keçirildi

Kitabın müəllifi Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Həmid Vəliyevdir

Bu gün Azərbaycan Mətbuat Şurasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Həmid Vəliyevin «Xarici ölkələrin jurnalistikası tarixi» kitabının təqdimatı keçirilib.

 

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan jurnalistlərinin dünyada jurnalistikanın xarakterik xüsusiyyətləri barədə elmi biliklərə sahib olması dövrün aktual tələblərindəndir. Bu tələblərin ödənilməsi ümumən medianın həyatın müxtəlif istiqamətlərinə dair daha dolğun fikirlər yürütməsi nöqteyi-nəzərdən də önəmlidir. Mövcud mənada professor H.Vəliyevin təqdimatı edilən kitabı olduqca müstəsna elmi vəsaitdir. «Həmid müəllimlə tanışlığım çoxdana təsadüf edir. O, mənim də əslən mənsub olduğum bölgəylə bağlı ziyalıdır. Gürcüstanda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsini bitirib. Ali Partiya Məktəbində də jurnalistika ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə «Sovet Gürcüstanı» qəzetində başlayıb. Uzun illər peşəsində sədaqətlə çalışıb. 1992-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Həmid Vəliyev Azərbaycanda və Gürcüstanda çapdan çıxmış kitabların, elmi-publisistik məqalələrin, mühüm dərs vəsaitlərinin müəllifidir. Hesab edirəm ki, onun «Xarici ölkələrin jurnalistikası tarixi» vəsaiti daha əhəmiyyətli hadisədir», - deyən Ə.Amaşov H.Vəliyevə Azərbaycan Mətbuat Şurasının fəxri diplomunu təqdim edib.

 

BDU-nun professoru İzzət Rüstəmov çıxışında yeni nəşrin əhatəliliyinə diqqət çəkib. Kitabın poliqrafiya cəhətdən də gözəl işlənildiyini deyən İ.Rüstəmov belə bir dərsliyi zəruriləşdirən səbəblərdən ətraflı danışıb.

 

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Azərbaycanda xarici ölkələrin jurnalistikasının öyrənilməsi ilə bağlı problemlərin həmişə aktual səciyyə daşıdığını vurğulayıb. O, mövcud istiqamətdə həmişə boşluğun olduğuna diqqət çəkərək «Xarici ölkələrin jurnalistikası tarixi» dərsiliyini həmin boşluğun doldurulmasına yönələn mühüm töhfə kimi dəyərləndirib.

 

Eyni problemə toxunan MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas ümumən jurnalistika sahəsindəki tədqiqat əsərlərinin azlığından söhbət açıb, mövcud tendensiyanın aradan qaldırılmasının vacibliyini vurğulayıb.

 

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təqdimatı keçirilən dərsliyin Azərbaycanda müasir jurnalistikanın inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. O, vəsaitin sahə tədqiqatçıları üçün etmi istinad mənbəyi kimi də müstəsna önəm daşıdığını diqqətə çatdırıb.

 

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli jurnalistika ilə bağlı dərsliklərin inkişafa apardığını deyərək bildirib ki, həmin kitabların ömrünü-gününü bu sahəyə həsr etmiş adamlar tərəfindən ərsəyə gəlməsi xüsusilə vacibdir. O, H.Vəliyevin müəllifi olduğu nəşrin ana dilində yeni dərsliklərin yazılmasına stimul rolunu oynayacağına inandığını da dilə gətirib.

 

Müasir jurnalst kadrların yetişdirilməsində üç başlıca məqama - mətbuat tarixinə, nəzəriyyəsinə və təcrübəsinə diqqət yetirildiyini qeyd edən «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, H.Vəliyevin müəllifi olduğu nəşrdə toplanmış faktlar ayrı-ayrı dövrlərdə həmin üç cəhətə kompleks yanaşma nöqteyi-nəzərdən səmərəlidir.

 

BDU-nun jurnalistika fakultəsinin dosenti İlham Mazanlı müasir jurnalistikanın yeni yanaşma metodları tələb etdiyini bildirərək təqdimatı baş tutan nəşrin eyni zamanda beynəlxalq standartların çatdırılması baxımından mühüm missiya daşıdığına izah verib.

 

BDU-nun jurnalistika fakultəsinin müəllimi, «Xalq qəzeti»nin əməkdaşı Məsaim Abdullayev «Xarici ölkələrin jurnalistikası tarixi» kitabı ilə əlaqədar bir neçə xarakterik xüsusiyyətdən danışıb: «Kitabda jurnalistikanın tarixi ilə bağlı bütün proseslər ictimai-siyasi əhəmiyyət daşıyan hadisələrin fonunda verilib. Nəticədə jurnalistikanı öyrənən şəxs eyni zamanda konkret ölkənin tarixindən xəbərdar olur. İkinci cəhət dövrün görkəmli xadimlərinin jurnalistikaya münasibətidir ki, bu da dərslikdə özünəməxsus şəkildə göstərilib. Üçüncü məqam kitabın mənbə zənginliyidir».

 

BDU-nun jurnalistika fakultəsinin dosenti, «Xarici ölkələrin jurnalistikası tarixi» kitabının elmi redaktoru Vüqar Əliyev bildirib ki, yeni nəşrdə başlıca xətt Azərbaycan jurnalistikasının dünya jurnalistikasına inteqrasiyasıdır. «Təfəkkür» Universitetinin jurnalistika fakultəsinin professoru Tofiq Yusifov belə kitabların Azərbaycanda jurnalistikanın bir elm kimi zənginləşməsində də böyük rol oynadığını vurğulayıb. Nəşrin tələbə və müəllimlərlə yanaşı, ziyalılar üçün də vacibliyindən danışıb.

 

Sonda çıxış edən H.Vəliyev kitab və özü barədə deyilən xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »