Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının və www.mediaclimate.org saytının təqdimatı keçiriləcək

Layihə Azərbaycan Mətbuat Şurası və Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi tərəfindən 8 ay ərzində icra edilib

İyunun 8-də saat 15:00-da Azərbaycan Mətbuat Şurasının və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin təşəbbüsü ilə media üçün “İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının və www.mediaclimate.org saytının təqdimatı keçiriləcək. Hər iki yenilik YUNESKO-nun “Kommunikasiyanın inkişafı üzrə Beynəlxalq Proqram"ı çərçivəsində reallaşmış “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsinin tərkib hissələri kimi ərsəyə gəlib. Layihə Azərbaycan Mətbuat Şurası və Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi tərəfindən 8 ay ərzində icra edilib.

Təqdimat mərasimində YUNESKO-nun Moskva ofisinin direktoru Dendev Badarç, Moskva ofisinin Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun informasiya xidməti qrupunun rəhbəri Svetlana Knyazeva, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, ətraf təbii mühit üzrə alimlər və media mütəxəssisləri, həmçinin KİV təmsilçiləri iştirak edəcəklər.

Qeyd edək ki, “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində ötən ilin dekabrında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təlim xarakterli konfrans-seminar da düzənlənib.







15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »