Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası “Gürcüstan” qəzetini 95 illik yubileyi münasibəti ilə təbrik edib

-

Azərbaycan Mətbuat Şurası Gürcüstanda nəşr olunan “Gürcüstan” qəzetinə 95 illik yubileyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. MŞ sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşovun adından ünvanlanan məktubda deyilir:

 

“XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan-Gürcüstan ictimai və mədəni əlaqələri fonunda baş verən proseslər bütövlükdə Cənubi Qafqazın həyatında əhəmiyyət daşımağa başladı. Həmin vaxt regionda mərkəz sayılan Tiflisin ədəbi-bədii mühiti azərbaycanlı ziyalıların bir çoxunun yaradıcılığında müstəsna rol oynadı. Xalqımızın görkəmli simaları Gürcüstanda, o cümlədən Borçalı elində türk özünüdərki və kimliyi ilə bağlı proseslərə mühüm töhfələr verdilər. Bu işdə onların qurub-yaratdıqları mətbuat orqanları bənzərsiz və təkrarsız missiya daşıdı. 1921-ci ildə ana dilimizdə nəşrə başlamış “Gürcüstan” qəzetinin 95 illik fəaliyyəti də məhz bu baxımdan qiymətləndirilməlidir. 

 

Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik tarixə malikdir. Hər iki ölkə xalqları arasındakı  bağlılıq tellərinin qorunmasının, dostluq ənənələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi dəfələrlə isbatlanıb. “Gürcüstan” qəzeti yarım əsrə yaxın müddətdə bu vacibliyin yorulmaz təbliğatçısına çevrildi, yüksək peşəkarlıq dəst-xətti, təqdimat zənginliyi ortaya qoydu. Keçmiş SSRİ-nin mətbuat aləmində xüsusi çəkiyə və nüfuza malik olan yubilyar nəşr Borçalı ədəbi mühitinin ayrıca cərəyan kimi inkişafında da katalizator rolunu oynadı. Uzun illər “Sovet Gürcüstanı” adı ilə fəaliyyət göstərmiş qəzet həmçinin Gürcüstandakı soydaşlarımızın öz hüquq və vəzifələrinin dərkində tarixi xidmətlər göstərdi, bununla da dahi mütəfəkkir Həsən bəy Zərdabinin “Əkinçi” maarifçilik xəttinə sədaqətini nümayiş etdirdi.

 

“Gürcüstan” bu gün də ənənələrinə sadiqdir. O, Azərbaycan və Gürcüstan arasındakı ictimai və mədəni münasibətlər sistemində etibarlı mərkəz, körpü rolunu oynamaqda davam edir. Azərbaycan Mətbuat Şurası qəzetin bu missiyasını yüksək qiymətləndirir. Şura nəşrin 95 illik yubileyini təbrik edir, onun yaradıcı kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulayır. 

 

95 yaşınız mübarək, əziz “Gürcüstan”lılar!”

 

Azərbaycan Mətbuat Şurası həmçinin 95 illik yubileyini qeyd edən “Gürcüstan” qəzetini özünün fəxri diplomu ilə də təltif edib. 

 


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »