Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb

Monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildirlər

“Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu İctimai Palatının dünənə təyin edilmiş icazəsiz aksiyasında jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinə yaradılan şəraitin monitorinqini aparıb. Monitorinq zamanı prosesi işıqlandıran kütləvi informasiya vasitələri təmsilçiləri ilə bağlı hər hansı insidentin qeydə alınmadığı müəyyənləşdirilib”. Bunu MŞ-nin icraçı katibi R.Hüseynzadə deyib.

R.Hüseynzadə bildirib ki, aksiyanı işıqlandıran media nümayəndələrinin əksəriyyəti üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olublar. Bu, onların fərqlənmələrinə imkan verib. İcraçı katib həmçinin bəzi jurnalistlərin prosesə xüsusi geyimlərdə qatılmamalarına dair halların da olduğunu deyib: “Mətbuat Şurası həmişə bununla bağlı tövsiyyələrini verir. Kütləvi aksiyaları, xüsusən də icazəsiz xarakter daşıyan mitinqləri işıqlandıran bütün jurnalistlərin prosesə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə qatılmaları vacibdir. Bu, yarana biləcək hər hansı insident zamanı onların hüquqlarının müdafiə baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, Mətbuat Şurasının monitorinq qrupunun tərkibinə Şura ilə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildirlər.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »