Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının təmsilçiləri qocaman jurnalist Şamil Şahməmmədovu evində ziyarət etdilər

-

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri peşəkar jurnalistikamızın tanınmış nümayəndəsi, ömünün 80 illik zirvəsinə çatmış Şamil Şahməmmədovu yaşadığı mənzilində ziyarət etdilər, nüfuzlu qələm sahibinə həmkarlarının və dosrlarının xoş arzularını çatdırdılar.

Ustad jurnalistlə səmimi hal-əhvaldan sonra Əflatun Amaşov  ömrünün yarım əsrdən çoxunu milli jurnalistikamızın inkişafına həsr etmiş  “Şöhrət” ordenli və  Əməkdar jurnalist, Prezident təqüdçüsü Şamil Şahməmmədovun xidmətlərini bir daha yada saldı, onun məhsuldar jurnalist və redakror fəaliyyətinin çağdaş media işçilərinə örnək olduğunu söylədi. MŞ sədri bütün bunların unudulmadığını, Şamil müəllimin adının bu gün də ölkəmizin nüfuzlu və fədakar mətbuat xadimlərin sırasında tez-tez xatırlandığını vurğuladı və bu qədirbilənliyin nişanəsi olaraq Azərbaycan Mətbuat Şurasının xüsusi xatirə diplomunu qocaman jurnalistə təqdim etdi.

Çay süfrəsi arxasında davam edən söhbətdə MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov səhhətində yaranmış ciddi promlemdən sonra sevimli peşəsindən aralı düşmüş, uzunmüddətli müalicə prosesində gümrahlığını və nikbinliyini saxlamış həmkarı və dostu Şamil Şahməmmədovu insan üçün hər şeydən zəruri olan səmimi və qayğıkeş ailə mühitində gördüklərindən yaranan məmnunluğu xüsisi qeyd etdi. Birgə iş və peşə əməkdaşlığı illərinin şirin xatirələri yada düşdü. Çox sayda jurnalistin, eləcə də onların hər ikisinin taleyində önəmli rol oynamış universitet müəllimləri,  “Bakı” və “Baku” qəzetlərinin redaktoru, görkəmli mətbuat xadimi Nəsir İmanquliyev barədə ibrətli epizodlar milli mediamızın bugünkü təcrübəsini zənginləşdirrmiş peşə dəyərləri kimi xatırlandı.

Ahıl Yurnalistlər Məclisinin üzvü Məzahir Süleymanzadə isə Şamil Şahməmmədovla “Xalq qəzeti”ndə ( keçmiş “Kommunist” ) çalışdığı illərdən söz açdı, həmyaşıdı olan jurnalistlərin həmişə ondan diqqət və qayğı gördüklərini, canlı jurnalistika dərsi aldıqlarını bildirdi.

Görüşdə Şamil Şahməmmədovun “Bakı” və “Baku” qəzetlərinin uzun illər əvəzedilməz məsul katibi, sonra isə redaktoru vəzifələrində işləməsi, “Kommunist” qəzetinin unudulmaz redaktor müavinlərindən olması, dövlət müstəqilliyinin ilk illərində “AzərTAc”ın direktor müavini kimi bu qurumun yeni şəraitdə mövqeyini və rolunu düzgün müəyyən etməsi və Prezident Heydər Əliyevin o məsul dövrdə bu cəfakeşliyi yüksək qiymətləndirərək onu agenliyə baş direktor təyin etməsi qocaman jurnalistin ömrünün şərəf kitabı kimi vərəqləndi.

Şamil Şahməmmədov həmkarlarının qədirbilənliyinin ona yüksək əhval gətirdiyini söylədi, razılığını bildirdi, həmkarlarına onun salamlarınıvə xoş  arzularını çatdırmağı xahiş etdi. Ustad jurnalist daha sonra dedi ki, səhhətində davam edən problem yazmağa imkan verməsə də, mətbuatı ardıcıl izləyir. Ev sahibi jurnalistikamızın dəyərli ənənələrinin yaşadılması, gənc jurnalistlərin peşəkarlığının. KİV-in vətəndaşlıq mövqeyinin yüksəldilməsi, media sahəsinin sosial problemlərinin həlli ilə bağlı ölkədə görülən ardıcıl işlərin onu ürəkdən sevindirdiyini bildirdi.

Ümummilli lider Heydər Əliyevin jurnalistikanın müstəqil dövlətimizin möhkəmləndirilməsində rolu barədə dahiyanə mülahizələrini yada salan, onun KİV- in fəaliyyətinin yenidən qurulması ilə bağlı tarixi xidmətlərinə ayrıca toxunan Şamil Şahməmmədov çağdaş jurnalistlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan yüksəliş xəttinə öz sözləri ilə dəstək vermələrinin məsul vəzifə, həm də ciddi vətəndaşlıq borcu olduğunu vurğuladı.

Sonda media təmsilçiləri yaxınlaşmaqda olan Yeni il münasibətilə qocaman həmkarımızı, canlı jurnalistika müəllimini səmimi təbrik etdilər, ona möhkəm cansağlığı, xoş günlər arzuladılar.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »