Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«История Азербайджанской журналистики» kitabının təqdimatı keçirilib

-

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Milli Məclisinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun və tanınmış jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadənin birgə müəllifi olduğu «История Азербайджанской журналистики» (Azərbaycan jurnalistikasının tarixi) kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilmiş toplantını Şura sədri Əflatun Amaşov açaraq təqdimatı keçirilən nəşri Azərbaycan jurnalistikasının tarixi ilə bağlı sistematik nümunə adlandırıb. Kitabın xarakterik xüsusiyyətlərindən bəhs edən Ə.Amaşov onun dərs vəsaiti kimi də əhəmiyyət daşıdığını vurğulayıb. MŞ sədri həmçinin qeyd edib ki, «История Азербайджанской журналистики» kitabı jurnalistika ilə bağlı reallıqlarımızın rus dilində paylaşılması nöqteyi-nəzərdən də əhəmiyyətlidir.

 

Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev jurnalistikanın ictimai fikir tariximizdəki önəmini vurğulayıb. Bu baxımdan onun tarixinin öyrənilməsinin eyni zamanda Azərbaycanın tarixinin tədqiqinə də mühüm töhfə olduğunu bildirib.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli çıxışında diqqəti zaman-zaman Azərbaycan jurnalistikası tarixinin tədrisində problemlərin yaşandığına çəkib. Xüsusən də rus bölməsində təhsil alanlar çətinlik çəkiblər. Məsələyə mövcud kontekstdən yanaşan C.Məmmədli kitabın məhz rus dilində ərsəyə gəlməsinin əhəmiyyətini əsaslandırıb.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan jurnalistikasının keçmişi və müasir inkişaf xüsusiyyətlərini özündə birləşdirən kitabların yazılmasının vacibliyindən söz açıb. O, həmçinin bildirib ki, belə nəşrlərin dünyaya çıxış baxımından təkcə rus dilində deyil, ingilis dilində də nəşri mütləqdir.

 

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, BDU-nun professoru Nəsir Əhmədli, BDU-nun jurnalistika fakutləsinin professoru Alxan Bayramoğlu, Bakı Slavyan Universitetinin kafedra müdiri Etibar Babayev, BSU-nun dosenti Şəlalə Həsənova, «Qarabağ» qəzetinin baş redaktoru Çingiz İsmayılov və başqaları təqdimatı keçirilən nəşrin əhəmiyyətindən danışaraq, hazırda 1000 tirajla işıq üzü görmüş kitabın sayının çoxaldılmasının vacibliyini önə çəkib, arzu və təkliflərini dilə gətiriblər.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »