Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
ATƏT-in Bakı Ofisinin rəhbəri Mətbuat Şurasında olub

Görüşdə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqayla görüşüb.

Şura sədri MŞ-də baş tutan görüşdə əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət əlaqələrinin tənzimlənməsi olan Mətbuat Şurasının bu vəzifənin həyata keçirilməsində beynəlxalq qurumlarla əlaqələrinin qurulmasına xüsusi əhəmiyyət verildiyini deyib. O vurğulayıb ki, MŞ yaradıldığı gündən etibarən ATƏT-in Bakı Ofisi ilə əməkdaşlıq nümunəsində bunun faydalı nəticələrinə nail olub.

Son illər həmin istiqamətdə səylərin xüsusilə effektiv nəticələrlə yadda qaldığını söyləyən Ə.Amaşov birgə tədbirlər sayəsində diffamasiya ilə bağlı qanunvericilik aktı layihəsinin, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantının hazırlandığını nəzərə çatdırıb.

Səfir səmimi qəbuluna görə Şura sədrinə təşəkkürünü bildirib. O qeyd edib ki, rəhbəri olduğu qurumun MŞ ilə əməkdaşlığına dair, eləcə də Mətbuat Şurasının fəaliyyəti barədə geniş məlumata malikdir və özünün diplomatik fəaliyyəti boyunca bu işin yeni çalarlarla zənginləşməsində səylərini əsirgəməyəcək. K.Tarqay söhbətində diffamasiya ilə bağlı qanunun qəbulunun sürətlənməsinin vacibliyinə toxunarkən ona məlumat verilib ki, Mətbuat Şurası prosesin həlli istiqamətində səylərini davam etdirməkdədir və cari ildə yekun nəticənin əldə olunacağı gözlənilir.

Görüşdə medianın digər problemləri və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadilələri aparılıb. Belə razılığa gəlinib ki, apreldə beynəlxalq mütəxəssislərin iştirakı ilə internet jurnalisitaya dair konfrans keçirilsin. Həmçinin birgə layihəyə əsasən İctimai Televiziyada ayda bir dəfə olmaqla medianın aktual problemlərinə dair diskussiyalar təşkil olunsun.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »